Icma.az
close
up
RU
Bakıda falçıdan ağlasığmaz əməllər Müharibədən qoruma cadusu üçün 32 min alıb

Bakıda falçıdan ağlasığmaz əməllər Müharibədən qoruma cadusu üçün 32 min alıb

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bakıda falçı qadın iki həmcinsini ağlasığmaz şəkildə aldadıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, falçılıqla məşğul olan Nuridə (ad dəyişdirilib-red) dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən tutulduqdan sonra məhkəmə qərarı ilə həbs edilib. Lakin iki ay sonra ev dustaqlığına çıxa bilib.

Sözügedən falçı müştərilərini başlarına gələcək hər cür bədbəxt hadisələrdən qorumaq adı ilə onlardan ümumilikdə 75 min manat alıb.

Onun əməllərindən zərər çəkənlərdən biri Ukrayna vətəndaşıdır. Anastasiya ali təhsillidir, xeyli müddətdir Bakıda yaşayır. Onu falçı ilə rəfiqəsi tanış edib. Elə zərərçəkmişin digəri də odur.

Anastasiya falçıya üz tutmasının səbəbini mənəvi cəhətdən iztirablara məruz qalması ilə əlaqələndirir. Deyir ki, ailə üzvləri ilə arasının pisləşməsi, həmçinin azyaşlı övladının səhhətindəki səbəbsiz problemlər onun psixologiyasına pis təsir edib. Bütün bu problemlərlə üz-üzə olduğu bir vaxtda rəfiqəsi ona falçıya getməsini təklif edib.

İlk tanışlıq günü falçı Anastasiyanın üzünə baxan kimi onun üzərində qara qüvvələr olduğunu, dərhal təmizlənməsinin vacibliyini deyib. Qadın ilk "rituallar" üçün falçı Nuridəyə 8 min manat pul verib.

Bununla da baxıcı onu ələ alaraq növbəti planlarını işə salıb. Sonrakı seansda falçı zərərçəkmişi elə sözlərlə aldadıb ki, ukraynalı inanıb.

O, Anastasiyaya guya Ukraynada yaşayan qohumlarını müharibə təhlükəsi gözlədiyini, onları müdafiə etmək üçün də cadular edilməli olduğunu deyib. "Qorunma ritualı"na başlamaq üçün də xaricdən xüsusi bir güllə alınması vacib imiş. Güllənin alınması zərərçəkmişə 4 min manata başa gəlib. Bundan sonra Anastasiya Ukraynadakı yaxınlarını qorumaq məqsədilə üç ay ərzində falçıya gündəlik olaraq azı 50-100 manat məbləğində pul verib. Bu pul müxtəlif vaxtlarda günə 600-700 manat olub. Ümumilikdə falçı "mühafizəsi" ona 32 min manata başa gəlib.

Anastasiyanın sözlərinə görə, elə ovsunlanıb ki, bütün dost-tanışından da ayrılıb: "Məni elə hipnoz etmişdi ki, heç kimlə münasibət qurmurdum. Hamıdan kənarlaşmışdım. Ondan başqa kimləsə əlaqədə olmağa qadağa qoymuşdu. Hətta məni həyat yoldaşımdan da uzaqlaşdırmaq istəyirdi. Deyirdi ki, sənə ölümcül cadunu elə ərin edib. Elə bir vəziyyət yaranmışdı ki, ondan tam asılı hala düşmüşdüm. Təsəvvür edin, elə etibarım yaranmışdı ki, bank kartımın kodunu onun təvəllüdünü qoymuşdum. Bundan əlavə, bütün xərclərini mən qarşılayırdım".

İş o yerə çatıb ki, falçı zərərçəkmişə yaxşı xidmət göstərməsi üçün ondan yeni ev almasını istəyib. Zərərçəkmiş buna da inanıb. Ev almaq üçün "Porsche" markalı avtomobilini saytlarda satışa qoyub. Məhz bundan sonra Anastasiyanın ailəsi olanlardan xəbər tutub.

Onun falçıya müharibənin dəhşətlərindən qorunma və digər cadu-pitilər üçün 53 min manatdan artıq pul verdiyi ortaya çıxıb. Ailəsinin dəstəyi nəticəsində ukraynalı xanım aldanıldığını dərk edərək polisə şikayət edib.

Təqsirləndirilən şəxsin həm Anastasiya, həm də digər zərərçəkmişlə görüş üçün seçdiyi yer də maraqlıdır. Belə ki, Nuridə onlardan pulu dəfələrlə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısındakı parkda alıb. Sanki bu işin sonunun onu elə həmin məhkəməyə gətirəcəyini də bilirmiş...

Təqsirləndirilən falçının digər qurbanı Həcərdir (şərti). Həcər də rəfiqəsi Anastasiya kimi ali təhsillidir. Nuridəni üç ildir tanıyan qadın mütəmadi olaraq onun yanına gəlib-gedib.

Həcərin sözlərinə görə, baxıcı onun falına baxaraq ölümü üçün cadu edildiyini, "kəfəndəndönmə" ritualı icra etməli olduğunu deyib. Bu məqsədlə qara toyuğun yumurtalarının lazım olduğunu bildirib. Həmçinin başqa ailə üzvlərinin də "təmizlənməli" olduğunu deyərək təkrar-təkrar ondan pul alıb: "Məni inandırmışdı ki, hər ritual zamanı yeni düyünlər çıxır, bunun da təmizlənməsi əlavə xərc tələb edir. Anamın və qardaşlarımın sağlamlığı üçün ceyran dərisinin üstünə ərəb hərfləri yazılmış qoruyucu düzəldib vermişdi. Hər qoruyucu üçün məndən 600 manat alırdı".

Zərərçəkmiş falçıya xidmətləri üçün ümumilikdə 21 500 manat pul verib.

İstintaq vaxtı müstəntiq zərərçəkmişləri ayrı-ayrılıqda təqsirləndirilən şəxslə üzləşdirib. Onlar hər şeyi falçının üzünə deyərək onu ifşa ediblər. Təqsirləndirilən falçı isə ittihamların heç birini qəbul etmir. O, zərərçəkmişlərdən xidmət haqqı kimi cəmi 300-400 manat pul aldığını deyir.

İş üzrə ilkin istintaq bu yaxınlarda tamamlanıb. Yaxında məhkəmə araşdırması başlayacaq. Təqsiri sübuta yetirilərsə, xanım müttəhim 10 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Noyabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri