Icma.az
close
up
RU
® Bakıda “Force of Love” bahar festivalı keçirilib

® Bakıda “Force of Love” bahar festivalı keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mayın 30-dan iyunun 1-dək “Space13” məkanında şəhər sakinləri və qonaqlar üçün “Force of Love” bahar festivalı təşkil olunub. Festivalın əsas məqsədi ailə, uşaqlar və dostlarla bir araya gələrək birlikdə xoş vaxt keçirmək və şəhər sakinlərini müxtəlif sənət, mədəniyyət və yaradıcılıq fəaliyyətləri ilə tanış etməkdir.

Festivalda ziyarətçilər müxtəlif bəzək əşyaları, ev üçün məhsullar, rəsm əsərləri, kitablar, geyim, çantalar və digər məhsullarla tanış olub, yerli təamları və içkiləri dadmaq imkanı əldə ediblər.

Tədbirin ilk günü uşaqlara həsr olunub. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə uyğun olaraq, 2 saylı Uşaq Evinin sakinləri üçün xüsusi proqram təşkil edilib. Gənc tamaşaçılar Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyorlarının təqdim etdiyi kukla tamaşasını və fokusçunun çıxışını izləyib, master-klasslarda iştirak edib, təamlar dadıb və hədiyyələr alıblar.

Növbəti günlərdə proqram daha geniş tamaşaçı kütləsi üçün davam edib. Festival iştirakçıları “Ekosfera” Sosial-Ekoloji Mərkəzi, Təhsil Nazirliyi nəzdində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Firuzə Sultanzadənin rəhbərliyi ilə təşkil olunan xalçaçılıq, trafaret yazısı, parfüm hazırlanması, “LEGO” buketlərinin yığılması və digər yaradıcı ustad dərslərində iştirak ediblər.

Bundan əlavə, ziyarətçilər Buketeria tərəfindən təqdim edilən floristika, “World Class” yoqa master-klasları, “Natural Wood Gifts” tərəfindən təşkil olunan nərd turniri, Fərid Mehtiyevlə baçata rəqsi, “Project Flat” təamları, “Game Buzz” oyunları, Bəhram Bağırzadənin kitablarına baxış, xına ilə əllərin bəzənməsi və feys-art təcrübəsi kimi fəaliyyətlərdə iştirak ediblər.

Festival çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “YARADICI” – Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi müxtəlif tematik master-klasslar, maarifləndirici oyunlar və vorkşoplar təşkil edib.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə gələcək nəsillərə qayğı və təbiətlə harmoniya simvolu kimi ekoloji jest olaraq ağacəkmə aksiyası keçirilib.

Tədbirin tərəfdaşları arasında “Bolt Ride”, “ÜNNA Studio”, “The Modaology”, “Emray Brand”, “Thea London”, “DOVA 24”, “SPA CEYLON”, “Saboon Deluxe”, “Zehni Store”, “Atelier Rebul”, “Sandiq Accessories”, “Feming Accessories”, “Bloom Academy”, “Hamar”, “Crazzy Gifts”, “Iticket”, “Turka Coffee”, “Bubble Tea”, “Eatme”, “Baristica”, “The Attack”, “Mobitruck”, “Asmat Bar” və “Milla” yer alıb.

Üç gün ərzində musiqili müşayiətə görə “Baku City Circuit”ə, texniki dəstəyə görə “A+A Events” şirkətinə və nəqliyyatın təşkili üçün “BakuBus”a təşəkkür edilib.

“Force of Love” festivalının təşkilatçıları tərəfdaşlara, iştirakçılara və qonaqlara dərin minnətdarlıq ifadə ediblər.

Siz bu günləri doğrudan da parlaq və unudulmaz etdiniz!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri