Bakıda Frida Kalo və Dieqo Riveranın məşhur sevgi hekayəsi təqdim olunacaq
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
20 noyabr 2025- ci il tarixində saat 16:00- da Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsi çərçivəsində "Meksika muralizmi: Dieqo Rivera yaradıcılığı" adlı mühazirə keçiriləcək.
Hazırda AMİM-də davam edən Anauakali Muzeyinin "Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi" sərgisi çərçivəsində muzeyin böyük elmi işçisi Gülnaz Mustafayeva tərəfindən təqdim olunacaq mühazirədə Meksikanın dünyaşöhrətli sənətkarının yaradıcılığından geniş bəhs ediləcək.
Burada rəssamın sənət yolundan mərhələli şəkildə danışılaraq, böyük ictimai binaları bəzəyən, Meksika xalqının tarixi salnaməsini əks etdirən monumental boyakarlıq əsərlərindən söz açılacaq. Eyni zamanda D.Riveranın parlaq şəxsiyyəti, özünəməxsus xarakteri və tanınmış rəssam Frida Kalo ilə yaşadığı məşhur həyat hekayəti də mühazirənin maraqlı hissələrindən birini təşkil edəcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 18 Noyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















