Icma.az
close
up
RU
Bakıda gənc itkin düşdü: müəmmalı məqamlar FOTOLAR

Bakıda gənc itkin düşdü: müəmmalı məqamlar FOTOLAR

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda 24 mart 2025-ci il tarixində 2001-ci il təvəllüdlü Bayram Murad oğlu Quliyev itkin düşüb.

Bu barədə Globalinfo.az-a onun anası məlumat verib.

Ana oğlunun 20 gün öncə itkin düşdüyünü bildirib:

“Murad telefon mağazasında satıcı işləyirdi, həm də telefon ustası idi. 24 mart 2025-ci il tarixdə saat 16:11-də mənə zəng edib dedi ki, ana, mən müdirlə Qəbələyə knopkalı telefon satmağa gedirəm. Gedərkən hətta paltarlarının yerini soruşdu, dedim. Evə gəldim ki, 2 dəst geyim aparıb. Ondan sonra oğlumun nömrəsinə zəng çatmadı”.

Anası qeyd edib ki, Murad itkin düşməzdən bir neçə gün öncə iş yeri tərəfdə onu bir nəfər çağırıb “Range Rover” markalı avtomobilə əyləşdirib:

“Onu orda hədələyib, oğlum da başıaşağı sakit dayanıbmış. Bundan başqa, itkin düşdükdən sonra adamlar zəng edir, onun külli miqdarda borcu olduğunu bildirir. Məsələn, biri 2500 manat, digəri 6000 manat borcu olduğunu qeyd edir. Amma övladım bu barədə heç vaxt mənə bir söz deməyib. Bəli, 200-300 manat borc götürdüyü zamanlar olub və mənə bildirib. İndi deyilənlər məni çox narahat edir”.

Muradın anası oğlunun kirayə yaşadığı mənzildən itkin düşdüyünü qeyd edib:

“Biz Nərimanov rayonu, Əhməd Rəcəbli 58, bina 16-da ana-bala yaşayırdıq. Mən onu atasız böyütmüşəm. Bu vaxta kimi bir dəqiqə də olsa məndən uzaq qalmayıb, işləyib, maaşını evə gətirib. Yalvarıram, onu görən, tanıyan polisə və ya bizə – 050 756 00 06 nömrəsinə məlumat versin”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Aprel 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri