Icma.az
close
up
RU
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti izdihamla baş tutub FOTOLAR

Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti izdihamla baş tutub FOTOLAR

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Gəncədən Bakıya” layihəsi çərçivəsində “Mahnı və romans” axşamı baş tutub.

Gununsesi.info xəbər verir ki, gecədə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev, Gəncə Dövlət Filarmoniyasının solistləri Rüstəm Cəfərov, Vasif Bayramov Niyazinin “Vətən nəğməsi”, Fikrət Əmirovun “Gülüm”, Süleyman Ələsgərovun “Vətənimdir”, Vasif Adıgözəlovun “Qərənfil”, Ramiz Mustafayevin “Məlahət sultanı” romanslarını, Tofiq Quliyevin “Sevdiyim qız”, “Lirik mahnı”, Səid Rüstəmovun “Alagöz”, Cahangir Cahangirovun “Ana”, Sevil Əliyevanın “Qayıt əzizim”, Ağabacı Rzayevanın “Könlüm” mahnılarını ifa ediblər.

Sonda Müslüm Maqomayevin “Azərbaycan” mahnısı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.





Gununsesi.info

seeBaxış sayı:40
embedMənbə:https://www.gununsesi.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri