Bakıda gənclərin təhlükəli velosiped şousu ANBAAN VİDEO
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakının Mərkəzi Parkında bir qrup gəncin velosipedlə təhlükəli hərəkətlər etməsi ətrafdakı vətəndaşların diqqətini çəkib.
"Ölkə.az" musavat.com-a istinadla xəbər verir ki, hadisə zamanı gənclər velosipedlə parkın pilləkənlərindən yüksək sürətlə üzüaşağı hərəkət edərək müxtəlif riskli fəndlər nümayiş etdiriblər.
Onların davranışı həm öz həyatları, həm də ərazidə olan digər şəxslər üçün təhlükə yaradıb.
Şahidlərin sözlərinə görə, gənclər velosipedlərlə bir neçə dəfə pilləkənlərdən enərək akrobatik hərəkətlər etməyə çalışıblar. Bu zaman hər hansı qəza qeydə alınmasa da, baş verə biləcək bədbəxt hadisə ehtimalı narahatlıq doğurub.
Sosial şəbəkələrdə yayılan görüntülər də müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi bunu ekstremal idman həvəsi kimi qiymətləndirsə də, digərləri ictimai yerlərdə bu cür təhlükəli hərəkətlərin yolverilməz olduğunu bildiriblər.
Sözügedən görüntüləri təqdim edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 14 İyun 2026 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















