Icma.az
close
up
RU
Bakıda göldə balıqlar tələf olur SƏBƏB + VİDEO

Bakıda göldə balıqlar tələf olur SƏBƏB + VİDEO

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Sabunçu rayonu ərazisində yerləşən göldə balıqlar kütləvi tələf olur.

Moderator.az Xəzər TV-yə istinadən məlumat verir ki, görüntülər Zabrat-Maştağa yolunun kənarında yerləşən göldəndir.

İllərdir ərazi baxımsız vəziyyətdədir. Sakinlər deyirlər ki, vaxtilə bu ərazidə süni göllər olub, hazırda isə kanalizasiya mənbəyinə çevrilib.

Balaxanı sakini Kənan Məmmədov uzun illərdir bu göldən balıq tutduğunu deyir. Onun sözlərinə görə, əvvəl həftəsonu bu gölün ərazisi balıq həvəskarları ilə dolu olardı. Ərazinin baxımsız vəziyyətdə olması hazırda balıqların, hətta quşların da ölümü ilə nəticələnir.

Sakinlər bununla bağlı dəfələrlə aidiyəti qurumlara müraciət etsələr də, hələlik bir nəticə alınmayıb.

Ekoloq Amin Məmmədov bildirib ki, bu kimi hallar təkcə kanalizasiya sularının göllərə axıdılması nəticəsində yox, həm də sənaye tullantılarının gölə atılması zamanı da baş verə bilir. Bundan başqa, göldə gedən hidrodinamik proseslər də buradakı canlıların kütləvi ölümü ilə nəticələnə bilər.

Ekologiya və Təbii Sərrvətlər Nazirliyindən (ETSN) isə “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirilib ki, əraziyə İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin nümayəndələri ilə birlikdə baxış keçiriləcək və monitorinq aparılacaq.

Gölün müxtəlif nöqtələrindən və dərinliklərindən su nümunələri götürülərək analiz olunması üçün nazirliyin mərkəzi laboratoriyasına təhvil veriləcək. Analizin nəticələrinə əsasən, göl suyunun qənaətbəxşliyi təhlil ediləcək.

Nazirlikdən həmçinin qeyd edilib ki, tələf olmuş balıqlar üzərində analizlər aparılacaq, balıq nümunələrindən infeksion xəstəliklərin və zəhərlənmə hallarının olub-olmadığı yoxlanılacaq.

Ətraflı süjetdə:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Yanvar 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri