Bakıda güclü külək, bəzi rayonlarda yağış gözlənilir
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Oktyabrın 19-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Modern.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər saatlarında cənub-şərq küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-20, gündüz 22-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında, gecəyə doğru isə şimal və qərb rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Gecə və səhər bəzi ərazilərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 16-19, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.
Qeyd edək ki, güclü küləklə əlaqədar Bakı və Abşeron yarımadasında narıncı xəbərdarlıq elan edilib. Paytaxtda şimal-qərb küləyinin sürətinin saniyədə 20,8-28,4 metrə çatacağı proqnozlaşdırılır.
Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik və Yardımlıda isə sarı xəbərdarlıq qüvvədədir. Həmin ərazilərdə küləyin sürətinin saniyədə 13,9-20,7 metrə çatacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 19 Oktyabr 2026 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















