Bakıda hava yenidən dəyişir
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxt və yarımada ərazisində aprelin 2-də hava şəraiti qeyri-sabit keçəcək. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə buludlu hava üstünlük təşkil edəcək. Gün ərzində əsasən yağmursuz hava ehtimal edilsə də gecə saatlarında bəzi ərazilərdə yağış yağacağı gözlənilir.
Avtosfer.az bildirir ki, səhər saatlarında duman olacağı və mülayim cənub-qərb küləyinin əsəcəyi bildirilir.
Bakıda gecə saatlarında temperatur 10-12 dərəcə isti təşkil edəcək. Gündüz isə havanın 14-18 dərəcəyə qədər isinəcəyi proqnozlaşdırılır. Atmosfer təzyiqi normadan yüksək olsa da 762 mm-dən 758 mm-ə qədər enəcək. Rütubət səviyyəsi isə 70-80 faiz ətrafında dəyişəcək.
Rayonlarda da oxşar vəziyyət müşahidə olunacaq. Əksər bölgələrdə havanın yağmursuz keçəcəyi deyilsə də gecəyə doğru yağıntı və şimşək ehtimalı var. Dağlıq ərazilərdə gündüz temperatur 17 dərəcəyə çatacaq. Aran rayonlarında isə termometrlər 25 dərəcəyə qədər yüksələcək. Səhər duman olacağı üçün sürücülərin yollarda diqqətli olması tövsiyə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 02 Aprel 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















