“Bakıda havanın necə olması bizi maraqlandırmır” “Lion”un baş məşqçisi
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Lion “Olimpik”inin baş məşqçisi Pyer Saj UEFA Avropa Liqasında “Qarabağ”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, 45 yaşlı mütəxəssis səfər ərəfəsində Fransa klubunun sosial şəbəkəsinə qısa açıqlamasında Bakıdakı havanın küləkli və yağışlı olmasının onları narahat etmədiyini bildirib.
Saj səfər matçına 3 xal üçün yollandıqlarını deyib: “Bakıda havanın necə olması bizi maraqlandırmır. Biz ora futbol oynamağa gedirik. Yağış, külək, ildırım yaxşı oyun sərgiləməyimizə mane ola bilməz. Biz hər zaman qalibiyyət üçün meydana çıxmalıyıq. Futbolçuların motivasiyası yüksəkdir. Bu, nikbinlik üçün kifayətdir”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpik” oyunu saat 21:45-də başlayacaq.
Baxış sayı:63
Bu xəbər 27 Noyabr 2024 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















