Icma.az
close
up
RU
Bakıda həbs olunan ruslar azərbaycanlılar azad edilmədən buraxılmayacaq

Bakıda həbs olunan ruslar azərbaycanlılar azad edilmədən buraxılmayacaq

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanda səfərdə olub. O, səfər zamanı Bakı və Azərbaycan yepiskopu Aleksi ilə görüşüb. Eləcə də Prezidentin köməkçisi Hikmət Hacıyevlə müzakirə aparıb. 

Rusiya mediasının yazdığına görə, Qaluzin səfər zamanı rəsmilərlə görüşdə Azərbaycanda həbs olunan 11 nəfər rusun azadlığa buraxılması ilə bağlı məsləhətləşmə aparıb.

Modern.az-a açıqlamasında hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, Rusiyada azərbaycanlıların saxlanılma forması hüquqdan kənar olub:

“Həqiqətən də, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin belə danışıqlar aparıbsa, onda gəlin, hamının-hamıya prinsipini həyata keçirək. Yəni Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda Rusiyada yaşayan azərbaycanlılara əsaslı və əsassız ittihamlar irəli sürülərək həbs ediblər. Onlardan bəziləri 20 il əvvəl törədilən cinayətlərdə guya iştirakçı olmaqda ittiham edilərək həbs olunub. Həbsin özü o qədər abırsız, həyasız, hüquqdankənar reallaşdırıldı ki, ancaq nifrət yarada bilərdi. Çünki yatan insanların evinə girmək, qapılarını sındırmaq, maşınının önünü kəsib şüşəsini sındırmaq - bütün bunlar yalnız Rusiya xüsusi xismət orqanlarının tapşırığı ilə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi şou idi”.

Hüquq-müdafiəçisi vurğulayıb ki, Qaluzin 11 rusun azadlığa buraxılmasını istəyirsə, ittihamlardan və törədilən cinayətlərdən asılı olmayaraq, Azərbaycan bu addımı atacaqsa, Rusiyada eyni addımı atmalıdır:

“2024-cü ilin 25 dekabrından sonra Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda həbs olunanlar, xüsusilə də diaspor rəhbərləri, onların yaxın adamlarının hamısı azadlığa buraxılmalıdır. Belə olmadığı halda Azərbaycanın birtərəfli qaydada cinayət törətmiş şəxslərin qeyd-şərtsiz azadlığa buraxılmasını təmin edəcəyinə inanmıram. Hər halda son söz cənab Prezidentindir. Allah Prezidentimizi qorusun, elə hesab edirəm ki, o, hər şeyi ölçüb-biçir. Bu, sadəcə bizim istək və arzumuzdur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Dekabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri