Bakıda HƏBSXANADA İNSİDENT: məhkum mayoru döydü
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda cəzaçəkmə müəssisəsində məhkum vəzifəli şəxsi döyüb.
Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin Nizami rayonu Böyükşor qəsəbəsində yerləşən 15 saylı Cəzaçəkmə müəssisəsində baş verib.
Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə məhkum olunan şəxsin anası oğlu ilə görüşə gəlib. Bu zaman həbsxananın baş inspektoru-rəisin növbətçi köməkçisi ədliyyə mayoru və ədliyyə çavuşu onları müşayiət etməli olduqlarını bildiriblər. Lakin məhkum buna etiraz edib və anası ilə tək görüşmək istədiyini deyib. Bu alınmadıqda, məhkum əsəbiləşib və qisas almaq niyyətilə cəzaçəkmə müəssisəsinin inzibati binasının önündə mayorun sifətinə yumruqla zərbə vuraraq, ona sağlamlığa zərər vurmayan, dərəcəsi müəyyən edilməyən xəsarət yetirib.
Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəsinin əməkdaşına və ya məhkuma, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə) maddəsilə yeni ittiham irəli sürülüb.
Nizami rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs əvvəlki cəzasının çəkmilməmiş hissəsi ilə birgə ümumilikdə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Baxış sayı:112
Bu xəbər 29 Avqust 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















