Icma.az
close
up
RU
Bakıda həbsxanadan çıxıb qızını öldürən atanın QANDONDURAN CİNAYƏTİ

Bakıda həbsxanadan çıxıb qızını öldürən atanın QANDONDURAN CİNAYƏTİ

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bakıda doğma qızını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Yelmar Atakişiyevin cinayət işi üzrə məhkəmə olub.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi ifadə verib.

O bildirib ki, hadisə günü evə saat 21-də gələndə qızının yerdə xırıldadığını görüb. Ondan bir müddət əvvəl evə gələn oğlu Səbuhidən nə baş verdiyini soruşduqda, o da bacısını bu halda gördüyüyü deyib. Əri Yelmardan nə baş verdiyini soruşanda, o Cəmaləni döydüyünü bildirib. Qıza heç nə olmayacağını bildirərək, təcili yardıma zəng etməyə qoymayıb və evdən çıxıb. Sonra evlərinə bacısı oğlu və qaynı gəlib. Təcili yardıma təxminən 2 saatdan sonra zəng ediblər. Qızının üzündə və boğaz nahiyyəsində çoxsaylı xəsarət və sıyrıq izlərinin, hematomaların olması müəyyən edilib. 

Qadın qeyd edib ki, ərində manyaklıq əlamətləri olub. İddia edib ki, Yelmar qızlarına təcavüz edib, sonra isə onu boğaraq, öldürüb. 
Yelmar Atakişiyev bildirib ki, cəzaçəkmə müəssisəsində cəza çəkərkən yanına gələn oğlundan bacısının yüngül həyat tərzi keçirməsi haqda şikayət eşidib. Oğluna deyib ki, sən heç nə etmə, "özüm burdan çıxandan sonra onunla danışacağam".

Hadisə günü telefonuna baxmaq istədikdə, Cəmalə buna icazə verməyib. Buna görə onu döyüb, sonra isə boğub. O arvadına qızını boş buraxdığını irad tutub.  Aralarında mübahisə yaranıb.

Şahid qismində dindirilmiş təqsirəndirilən şəxsin böyük oğlu bildirib ki, arvadı ilə boşanıb. Bir müddətdən sonra eşidib ki, atası evdə gəlinə sataşıb və əxlaqsız hərəkətlərə cəhd edib. Atakişiyev isə deyib ki, oğlunun ailəsinin dağılmasına bu səbəb olmayıb. 
Məhkəmə iclası mayın 30-da şahid ifadələri ilə davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən il noyabrın 10-da Zabrat qəsəbəsində baş verib. Daxil olan məlumat əsasında 15-ci polis bölməsinin əməkdaşları evdə 42 yaşlı Cəmalə Atakişiyevanın, üzərində zorakılıq əlamətləri olan meyitini aşkar ediblər.

Şübhəli şəxs qismində mərhumun atası Yelmar Atakişiyev saxlanılıb. Sabunçu rayon prokurorluğunda cinayət işi başlanılıb, İstintaq tərəfindən ona qarşı CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 May 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri