Icma.az
close
up
RU
Bakıda həmin müddət avtobuslardan pulsuz istifadə ediləcək?

Bakıda həmin müddət avtobuslardan pulsuz istifadə ediləcək?

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"28 May” stansiyasının bağlanması nəzərdə tutulmur. Stansiya səhər saat 6-dan 12-yə qədər sərnişinləri qəbul edəcək. Paytaxt sakinləri “Əhmədli” və “İçərişəhər” istiqamətində rahat şəkildə hərəkət edəcək. Ümumiyyətlə, “Əhmədli” və “İçərişəhər” stansiyaları arasında gün ərzində fasilə nəzərdə tutulmur”.

Ölkə.Az musavat.com-a istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, Cəfər Cabbarlı istiqamətinə də hərəkət olacaq:

“Yeganə istisna "28 May"dan Nizami istiqamətində, yəni, “Dərnəgül”ə gedən qatarların yolu həmin vaxt bağlanacaq. Sərnişinlər alternativ nəqliyyatdan istifadə etməklə həmin istiqamətə keçiriləcəklər. Qatarlar “Dərnəgül”dən “Nizami” stansiyasına qədər gələcək, sərnişinlər maneəsiz olaraq Nizami stansiyasından “Dərnəgül” stansiyasına gedə biləcəklər. “28 May” stansiyası ilə “Nizami” stansiyası arasında avtobuslarla əlaqə yaradılacaq”.

Bəxtiyar Məmmədov sözügedən avtobusların pulsuz olacağı ilə bağlı fikirlərə də aydınlıq gətirib:

“Bütün variantlara baxılır. Sərnişinlərin data məlumatları əsasında hansı istiqamətlərə gedirlər və nə qədər avtobus lazımdır deyə araşdırılacaq. Kifayət qədər vaxt var. Bütün sərnişinlər əmin olsunlar ki, operativ şəkildə vaxtından əvvəl məlumatlandırılacaqlar”.

Xatırladaq ki, “Bakı Metropoliteni” “28 May” stansiyasının təmir işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracağı ilə bağlı məlumat yayıb. Yəni “Dərnəgül” - “Həzi Aslanov” xətti yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək. Həmçinin “Həzi Aslanov” - “İçərişəhər” xətləri üzrə qatarlar “28 May” stansiyasında dayanmayacaq. Buna səbəb isə Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşasıdır. Bu işlərə ilin son rübündə başlanılması nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Aprel 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri