Bakıda hərəkəti ilə böyük müzakirələrə səbəb olan avtobus sürücüsü tapıldı
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən gün Bakının Tbilisi prospektində təhlükəli ötmə manevri edən 65 nömrəli marşruta məxsus avtobusunun sürücüsü müəyyən edilərək cəzalandırılıb.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis mayoru Toğrul Nəsirli BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə avtobus sürücüsünün avtoşluğu ilə bağlı yayılan video barədə araşdırma aparılıb.
"Araşdırmalar zamanı 99-JO-929 dövlət qeydiyyat nişanlı, 65 nömrəli avtobusun sürücüsü müəyyən edilib. Həmin şəxs Yol Hərəkəti Haqqında qanunun 42- maddəsinin pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə protokol tərtib edilib.
Sərnişindaşıma fəaliyyətilə məşğul olan sürücülərdən xahişimiz, eyni zamanda tələbimiz ondan ibarətdir ki, qaydalara ciddi şəkildə riayət etsinlər", - deyə qurum rəsmisi bildirib.
Ziya SƏCCAD
Baxış sayı:28
Bu xəbər 27 Noyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















