Icma.az
close
up
RU
Bakıda hibrid avtomobillərin aşağı sürətlə hərəkət etməsinə şərait yaratmaq üçün sürət həddi endiriləcək? AÇIQLAMA

Bakıda hibrid avtomobillərin aşağı sürətlə hərəkət etməsinə şərait yaratmaq üçün sürət həddi endiriləcək? AÇIQLAMA

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

“Bakıda sürət həddi ilə götürsək, 30, 50 və 60 kilometr-saatlıq, eləcə də şəhər ətrafına çıxdıqca 90 kilometr-saatlıq sürətə uyğun yollar mövcuddur. Hibrid avtomobillər üçün zolaqlardan hər hansı birini 45-50 kilometr-saata endirmək çətin olacaq. Bizdə hazırda onsuz da mobilliyin transformasiyası baş verir, yəni avtobus zolaqları, velo zolaqlar təşkil olunub. Fərdi nəqliyyatdan çəkindirmək alətləri işə salınıb ki, insanlar qısa məsafəni fərdi nəqliyyatdan daha çox alternativlərlə hərəkət etsinlər. Buna görə də hibrid avtomobillər üçün zolaq ayrılması təklifini real görmürəm. Daha yaxşı olar ki, diqqətimizi məhz alternativ növlərin inkişafına, onların inteqrasiyasına ayıraq”.

Bu sözləri Pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.

O bildirib ki, alternativ növlərin fasiləsiz hərəkətinin təmini yönündə qərarların işləkliyinə nəzarətin sərtliyinə diqqət ayrılmalıdır: “Daha davamlı, dayanıqlı hərəkəti təmin etməliyik. Bu gün qısa məsafəli hərəkətlər üçün şəratimiz o qədər də yaxşı deyil və problemlər təxirə salınmadan mərhələli şəkildə aradan qaldırılmalıdır. Səkilərin, piyada zolaqlarının zəbti, səkilərdə bəzi qurğuların qurulması nəticəsində insanların hərəkətinə problemlərin yaranması... Bütün bunlara diqqəti daha çox ayırmalıyıq. Hibrid avtomobilin sürətinə görə hər hansı prioritetin verilməsi ilə bağlı hədəf yoxdur. Bu gün şəhər mərkəzində piyadalaşmış küçələr salınır. Hərəkətin təşkilində bəzi dəyişikliklər edilir. Həmçinin bu cür həllər Baş Planda qeyd olunmuş birmərkəzlilikdən çoxmərkəzliliyə doğru verilmiş qərardır. Bu növ transformasiyalar biznesin bir nöqtədən şəhərin digər nöqtəsinə transfer olunmasına təsir edəcək”.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://pravda.az
archiveBu xəbər 01 Aprel 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri