Icma.az
close
up
RU
Universitetlər professorlara tədqiqat üçün şərait yaradır? SORĞU

Universitetlər professorlara tədqiqat üçün şərait yaradır? SORĞU

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı bildirib ki, Azərbaycan universitetlərində müəllimlərin standart 500 saat dərs keçib professor olması vacib deyil.

"Bu yanaşma düzgün deyil, çünki təhsil sistemi yalnız saatların cəmindən ibarət deyil. Bəzi universitetlərdə tədqiqat aparmaq üçün otaq belə yoxdur".

Modern.az mövzu ilə bağlı ali təhsil müəssisələri arasında sorğu keçirib.

Azərbaycan Texniki Universitetindən bildirilib ki, AzTU-da istər müəllimlərin istər tələbələrin tədqiqat aparmaları üçün müxtəlif laboratoriyalar qurulub:

“Laboratoriyalar müasir standartlar səviyyəsində təchiz olunub. Bununla yanaşı tədqiqat işləri təkcə universitet daxilində aparılmır. AzTU universitet-sənaye əməkdaşlığını inkişaf etdirir. Bu mənada əməkdaşlıq etdiyimiz sənaye müəssisələrində də tədqiqat işlərinin aparılması üçün şərait yaradılır. Əməkdaşlıq etdiyimiz xarici ölkə universitetlərində də tədqiqat aparan professorlarımız və tələbələrimiz var”.

Azərbaycan Dövlət İqtisad Universitetindən qeyd edilib ki, UNEC-də müxtəlif  sahələr üzrə 46 tədqiqat mərkəzi fəaliyyət göstərir:

“Eləcə də müasir avadanlıqlarla təchiz olunmuş texniki və texnoloji sahələr üzrə 12 laboratoriya mövcuddur. Həmin mərkəzlərdə və laboratoriyalarda professor-müəllim heyəti, həmçinin tələbələr təqdiqat apara bilərlər”.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən verilən məlumata görə, AzMİU-da professorların tədqiqat aparması üçün müasir şərait yaradılıb və universitetin elmi tədqiqat fəaliyyətinə xüsusi önəm verilir:

“Universitetin 2021-2025-ci illər üzrə hazırladığı Elmi Tədqiqat Strategiyası, tədqiqatların ölkənin sosial-iqtisadi inkişafına yönəldilməsini hədəfləyir. Bu məqsədlə, elmi tədqiqat laboratoriyalarının işinin təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi və maddi-texniki bazanın inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir.

AzMİU-da fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları və sınaq laboratoriyaları daha səmərəli istifadə olunaraq, yerli və beynəlxalq tədqiqat proqramlarına müraciətlərin sayı artırılır. Professorlar və tədqiqatçılar üçün elmi fəaliyyətin genişləndirilməsi, innovativ layihələrin dəstəklənməsi, həmçinin beynəlxalq konfranslar və jurnallar vasitəsilə elmi işlərin dünya səviyyəsində tanıdılması təmin edilir.

Bu strategiyalar çərçivəsində, universitetdə tədqiqat işlərinin inkişafı üçün həm maddi-texniki bazanın, həm də akademik və elmi heyətin gücləndirilməsi ön planda tutulur. Tədqiqatların müasir dünya təcrübəsinə uyğun olaraq aparılması və əldə olunan nəticələrin tədris prosesinə inteqrasiyası da universitetin prioritetlərindəndir. Beləliklə, AzMİU-da professorların elmi tədqiqat aparmaları üçün yüksək səviyyədə şərait yaradılıb və bu fəaliyyətə dəstək davamlı şəkildə artırılır”.

Xəzər Universitetindən bildirilib ki, ali  təhsil müəssisəsi  tədqiqatyönümlü təhsil ocağıdır:

“Burada çoxlu sayda tədqiqat mərkəzləri, araşdırma institutları fəaliyyət göstərir. Onlar üçün hər türlü şərait yaradılıb”.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən bildirilib ki, cənab nazirin çıxışında toxunduğu məsələ olduqca vacib və aktual problemi özündə ifadə edir:

“Həqiqətən də, professor-müəllim heyətinə bir qayda olaraq 500 saat miqdarında dərs saatının ayrılması onların elmi araşdırma və tədqiqat fəaliyyətinin effektivliyinə müəyyən çətinliklər yaratmaqdadır. Pedaqoji Universitet tərəfindən hazırda bu məsələ ciddi şəkildə müzakirə edilir və problemin həlli istiqamətlərinin müəyyənləşdirilməsi üçün təkliflər nəzərdən keçirilir.

Elm və Təhsil Nazirliyinin Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli qərarına uyğun olaraq universitetin professor-müəllim heyətinin üzvlərindən yüksək göstəricili elmmetrik bazalara daxil olan, Q kateqoriyalı elmi jurnallarda məqalələri dərc edilən 5 faizinin dərs yükünün növbəti tədris ilindən müəyyən əmsalların tətbiqi ilə azaldılması və onların elmi-tədqiqat işlərinə daha çox zaman ayırmalarının stimullaşdırılması məqsədilə müvafiq təkliflərin universitetin Elmi Şurasında müzakirə edilməsi nəzərdə tutulur”.

Azərbaycan Universitetindən bildirilib ki, cənab nazirin fikri və vurğuladığı məqamlar olduqca əhəmiyyətlidir:

“Azərbaycan elminə xidmət edən, onun inkişafı, dünya elminə inteqrasiyası istiqamətində çalışan elm adamları və ziyalılara elmi tədqiqat işlərini səmərəli aparmaq üçün universitetlərdə müvafiq münbit şərait yaradılmalıdır. Azərbaycan Universitetində də belə bir yanaşma var və bu baxımdan bir neçə istiqamətdə davamlı işləyirik.

Azərbaycan Universitetinin elmi nüfuzunun yüksəldilməsi, professor-müəllim heyətinin elmi potensialından həm daha səmərəli istifadə edilməsi, həm də onların motivasiyasının yüksəldilməsi istiqamətində stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bu barədə universitetin rektoru Səadət Əliyevanın müvafiq əmrləri var.

Digər yandan elmi tədqiqata cəlb olunan professor-müəllim heyətinin auditoriyalara daha az dərs yükü ilə girmələri də universitet rəhbərliyinin diqqətdə saxladığı digər məsələlərdən biridir. Burada xüsusilə professorlara xüsusi bir yanaşma tətbiq olunur.

Tədqiqat universiteti kimi formalaşmaq hədəfimizə nail olmaq, işimizi müasir çağırışlara uyğun qurmaq üçün bütün zəruri addımları atırıq”.

Azərbaycan Kooperasiya Universitetindən qeyd edilib ki, AKU-da alimlərin elmi faəliyyəti üçün istənilən zəruri şərait yaradılıb:

“Azərbaycan Kooperasiya Universiteti 60 ildir fəaliyyət göstərir. Ona  görə də, universietdə sözügedən ənənələr qədimdir. AKU-da ixtiaslaşmış dissertasiya şurası da mövcuddur. Ali təhsil müəssisəsində gənc alimlərin yetişməsi üçün bütün şərait mövcuddur. Eyni zamanda zəngin  klassik və elektron kitab bazası fəaliyyyət göstərir.  Bütün tələbə və alimlərimizin elektron bazaya çıxışı mövcuddur.Universitetdə xüsusilə ekspertiza, texnologiya, şərabçılıq sahələri üzrə laboratoriyalar yerləşir.

AKU əsasən iqtisadiyyat profilli universitetdir. Buna görə də burada əsasən iqtisadçı alimlərimiz çoxluq təşkil edir. Bununla belə ali təhsil müəssisəsində kifayət qədər elmlər doktorlarımız, fəlsəfə doktorlarımız və dosentlərimiz çalışır.Bununla yanaşı müxtəlif indeksli beynəlxalq jurnallarda alimlərimiz çıxış edirlər”.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri