Icma.az
close
up
RU
Bakıda IATA nın Aviasiya Enerji Forumu işə başladı

Bakıda IATA nın Aviasiya Enerji Forumu işə başladı

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Bakıda Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin ("AZCON Holding”) tərkibində fəaliyyət göstərən "Azərbaycan Hava Yolları”nın (AZAL) dəstəyi ilə IATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) Aviasiya Enerji Forumu (AEF) işə başlayıb. Azərbaycanın ev sahibliyi etdiyi bu mühüm beynəlxalq tədbir 2025-ci il 13-15 may tarixlərində keçirilir. 

Qafqaz və Xəzər dənizi regionunda ilk dəfə keçirilən AEF dünyanın aviasiya yanacağı icması üçün əsas sənaye görüşüdür. Bu, aviaşirkət nümayəndələrinə, yanacaq və Dayanıqlı Aviasiya Yanacağı (SAF) təchizatçılarına və IATA-nın digər strateji tərəfdaşlarına müasir aviasiyanın qarşısında duran enerji çağırışlarını müzakirə etmək və bu sahədə qlobal əməkdaşlığı gücləndirmək üçün unikal bir platformadır. Həmçinin bu platforma 2050-ci ilə qədər aviasiyanın sıfır CO2 emissiyası məqsədinə çatmaq üçün iş birliyi qurulmasına da imkan yaradır.

Açılış mərasimində AZAL QSC-nin prezidenti Samir Rzayev beynəlxalq aviasiya yanacağı sənayesinin ən nüfuzlu tədbirlərdən biri olan AEF-ə ev sahibliyi etməyin əhəmiyyətini vurğuladı:

"Bu mühüm forumun Bakıda təşkil olunması ölkəmizin qlobal aviasiya sektorunda və enerji keçidində artan strateji rolunun göstəricisidir və Azərbaycanın dayanıqlı aviasiya gündəminin formalaşmasında fəal iştirakını təsdiqləyir. Dayanıqlı aviasiyaya və "Net Zero” hədəfinə aparan yol innovativ enerji həllərinin sinerjisini tələb edir və bu həllər yalnız təcrübə mübadiləsi və güclü tərəfdaşlıqlar nəticəsində mümkün ola bilər. Ölkəmizin növbəti dəfə qlobal əməkdaşlıq üçün vacib platforma rolunu oynamasından qürur və məmnunluq duyuruq. AZAL isə, öz növbəsində, aviasiya sənayesinin dekarbonizasiyasını dəstəkləməyə sadiq qalacaq, eyni zamanda öz dayanıqlılıq gündəliyini davamlı şəkildə inkişaf etdirəcəkdir.”

Forumda 60-dan çox ölkənin və 70-dən çox aviaşirkətin nümayəndələri, ümumilikdə 800-ə yaxın qeydiyyatdan keçmiş iştirakçı bir araya gəlib. 13-15 may tarixlərində AEF çərçivəsində bir sıra panel müzakirələr, həmçinin texniki və kommersiya mövzularına dair sessiyalar keçiriləcək. Bundan əlavə, iştirakçılar sərgi zonasında sponsorlarla görüşmək, innovativ yanaşmalarla tanış olmaq və yeni əməkdaşlıqlar qurmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, qlobal aviasiya yanacaq cəmiyyətinin aparıcı sənaye tədbiri olan AEF yalnız dəvət olunmuş IATA üzvləri və IATA-nın yanacaq sektorundakı strateji tərəfdaşları üçün nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 13 May 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri