Icma.az
close
up
RU
Bakıda ICPC nin 49 cu dünya finalı keçirilir

Bakıda ICPC nin 49 cu dünya finalı keçirilir

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda Azərbaycan Mərkəzi Bankının (AMB) tərəfdaşlığı, "ICPC Foundation" təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi ilə Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, dünyanın ən nüfuzlu proqramlaşdırma yarışı hesab olunan, sentyabrın 5-dək davam edəcək müsabiqə "ICPC Azərbaycan" icması ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutur.

Müsabiqədə dünyanın müxtəlif ölkələrindən aparıcı universitetlərin ən güclü komandaları iştirak edir.

Ümumilikdə, ICPC-nin rəsmi mərhələləri hər il 110-dan çox ölkədən, 3 500-ə yaxın universiteti təmsil edən 70 000-dən artıq ən güclü tələbə-proqramçını bir araya gətirir.

Dünya finalında isə 50-dən artıq müxtəlif ölkədən 140-a yaxın ali təhsil müəssisəsini təmsil edən komandaların (hər komandada 3 tələbə) iştirakı nəzərdə tutulur.

Azərbaycanın müxtəlif universitetlərini təmsil edən komandalar 2005-ci ildən etibarən ICPC-nin regional turlarında iştirak edərək müsabiqənin ölkədə təbliği, proqramlaşdırma sahəsinin inkişafı və gənclərin bu sahəyə cəlb olunması istiqamətində genişmiqyaslı işlər görüblər.

Qeyd edəki, ICPC 1970-ci ildə ABŞ-də yaradılıb. 1977-ci ildən etibarən beynəlxalq səviyyədə keçirilən yarış tələbələrin proqramlaşdırma bacarıqlarını, alqoritmik düşüncələrini və komanda işini inkişaf etdirməyə yönəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Sentyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see367

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see337

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see317

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see310

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see301

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see299

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see290

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see249

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see243

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see234

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see233

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see231

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see228

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see225

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see223

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see219

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see218

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see216

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see204

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri