Bakıda icra hakimiyytində işçilərdən test imtahanı götürülür Nəticəsi zəif olanlar işdən çıxarılır
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rəhbərlik etdiyi qurumda çalışan əməkdaşları tarix, informatika və məntiq fənləri üzrə imtahan edir.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, imtahan nəticələri zəif olan əməkdaşlar vəzifələrindən azad olunurlar.
İstifadəçilərin bildirdiyinə əsasən, imtahan test üsulu ilə keçirilir.
Məsələ ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyətindən Milli.Az-ın sorğsuna cavab olaraq bildirilib ki, aparat əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, xidməti məsuliyyətinin və peşə biliklərinin artırılması, idarəetmənin müasir tələblərə uyğunlaşdırılması üçün maarifləndirmə tədbirləri mütəmadi həyata keçirilir:
"Maarifləndirmə tədbirləri rəhbərlik və əməkdaşlar tərəfindən yüksək dəyərləndirilir. Dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və formalaşdırılması prioritet istiqamətlərdəndir".
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 26 Noyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















