Icma.az
close
up
RU
Bakıda İİB Qrupunun 14 cü Özəl Sektor Forumu keçiriləcək

Bakıda İİB Qrupunun 14 cü Özəl Sektor Forumu keçiriləcək

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

16-19 iyun tarixlərində Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun təşkilatları 14-cü Özəl Sektor Forumunu (PSF 2026) keçirəcək.

“APA-Economics” xəbər verir ki, forum İİB Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) tərəfindən İİB Qrupunun Biznes Forumu (THIQAH) ilə tərəfdaşlıq çərçivəsində təşkil olunacaq.

Bakı Konqres Mərkəzində keçiriləcək forum “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr olunub və əsas məqsədi İİB-ə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də özəl sektorun davamlı iqtisadi inkişafda rolunun artırılmasıdır.

Tədbirdə regional inteqrasiya, sərhədlərarası investisiyalar, ticarət əlaqələri, infrastruktur, energetika, texnologiya, səhiyyə və maliyyə sektorlarında yaranan yeni imkanlar müzakirə olunacaq. Forum çərçivəsində yüksək səviyyəli panel sessiyaları, dövlət və biznes nümayəndələri arasında B2B və B2G görüşləri, startap proqramları və bilik mübadiləsi tədbirləri keçiriləcək.

Bununla yanaşı, sahibkarların, xüsusilə kiçik və orta biznes subyektlərinin dəstəklənməsi, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və innovativ layihələrin təşviqi forumun əsas istiqamətləri sırasında yer alacaq. Tədbir zamanı iştirakçılar üçün investisiya layihələrinin, xidmətlərin və biznes imkanlarının təqdim ediləcəyi xüsusi sərgi zonası da fəaliyyət göstərəcək.

Forum çərçivəsində startap müsabiqəsi keçiriləcək, həmçinin İİB Qrupunun iqtisadi inkişaf və ticarətin təşviqinə töhfə verən təşkilat və şəxslərə təqdim etdiyi Fərqlənmə Mükafatları dördüncü dəfə sahiblərinə veriləcək.

Tədbirdə dövlət qurumlarının rəhbərləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri, aparıcı şirkətlərin rəhbərləri, investorlar, sahibkarlar, ticarət və sənaye palatalarının təmsilçiləri daxil olmaqla 1500-dən çox iştirakçının iştirakı gözlənilir. Forumun İİB-ə üzv ölkələr arasında yeni tərəfdaşlıqların qurulması və investisiya əməkdaşlığının genişləndirilməsi üçün mühüm platforma olacağı bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 İyun 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri