Icma.az
close
up
RU
Bakıda III Çarlzın doğum günü qeyd olundu FOTO

Bakıda III Çarlzın doğum günü qeyd olundu FOTO

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

İyunun 19-da Böyük Britaniya kralı III Çarlzın doğum günü münasibətilə Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən Bakıda rəsmi qəbul təşkil olunub.

“AzPolitika” xəbər verir ki, tədbirdə Azərbaycan hökumətinin, Milli Məclisin, ictimai-siyasi dairələrin və media nümayəndələrinin iştirakı ilə keçirilən ziyafətdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld iki ölkə arasında son dövrlərdə genişlənən əməkdaşlığı yüksək qiymətləndirib.

Səfir bildirib ki, bu tədbir təkcə Britaniya monarxının doğum günü ilə bağlı deyil, həm də Azərbaycan və Böyük Britaniya arasında gələcəyə yönəlik tərəfdaşlığın rəmzidir.

Diplomat son 12 ay ərzində iki ölkə arasında münasibətlərin əhəmiyyətli hadisələrlə yadda qaldığını qeyd edib. Xüsusilə COP29 çərçivəsində aparılan əməkdaşlığı vurğulayan Fergus Auld, bu prosesdə Azərbaycana dəstək verməkdən qürur duyduqlarını deyib.

Səfir həmçinin 2025-ci ilin əvvəlində baş verən bir sıra önəmli hadisələrə toxunub. Onların sırasında Azərbaycana ilk rezident müdafiə attaşesinin təyin olunması, energetika naziri Pərviz Şahbazovun Londona səfəri, "Silk Way West Airlines"ın Britaniya tərəfindən maliyyələşdirilməsi və elm və təhsil naziri Emin Əmrullayevin Londonda keçirilən Təhsil üzrə Dünya Forumunda iştirakı qeyd olunub.

Fergus Auld Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirərək, Böyük Britaniyanın da Ukraynanı “nə qədər lazımdırsa, o qədər də” dəstəkləməyə davam edəcəyini bildirib.

Enerji və təhsil sahələrindəki əməkdaşlığa diqqət çəkən diplomat, britaniyalı şirkətlərin Qarabağdan Xəzərə qədər Azərbaycanın inkişafında mühüm rol oynadığını, “British Council” və Britaniya universitetlərinin isə ölkənin müxtəlif bölgələrində təhsil əlaqələrini gücləndirdiyini vurğulayıb.

Sonda səfir Fergus Auld Azərbaycanın Böyük Britaniyanın “dost dar gündə tanınar” prinsipinə uyğun etibarlı tərəfdaş olduğunu qeyd edib və bu dostluğun uzunmüddətli olacağına əminliyini ifadə edib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 İyun 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri