Icma.az
close
up
RU

Bakıda ilk konseptual “MercedesBenz MAR20X” diler mərkəzinin açılışı baş tutub

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"Mercedes-Benz" avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru və "Mercedes-Benz Group AG"nin Azərbaycandakı baş nümayəndəliyi olan "AvtoKapital Azərbaycan" şirkəti brendin regionda ilk "Mercedes-Benz MAR20X" konsepsiyalı rəsmi diler mərkəzini açıb.

Milli.Az xəbər verir ki, 13 dekabr tarixində Bakıda ölkədə və regionda ilk "Mercedes-Benz MAR20X" konsepsiyalı diler mərkəzinin açılış mərasimi keçirilib.

Brendin fəlsəfəsi - müştərilərə avtomobil seçiminin bütün mərhələlərində xüsusi xidmət səviyyəsi təmin etmək və bu prosesi maksimum rahat etməkdir. Bu konsepsiya müştərinin marka ilə yanaşması və qarşılıqlı əlaqəsində yenilikçidir: dizayndan tam rəqəmsallaşmaya qədər.

Bakının mərkəzində yerləşən, 1100 m²-dən çox sahəyə malik şouruma sahib Abşeron diler mərkəzi müştərilərə və ziyarətçilərə "Mercedes-Benz"in aktual model sırası, "AMG Performance Centre" və "Maybach" avtomobilləri ilə tanış olmaq imkanı təqdim edir. Yeni diler mərkəzinin region və bütövlükdə Azərbaycan üçün əhəmiyyəti "Mercedes-Benz Middle East" şirkətinin baş direktoru, həmçinin Avropa, Yaxın Şərq və Afrika distribütor bazarlarının rəhbəri Mixael Ştroban, "UKRAVTO GROUP" şirkətlər qrupunun idarə heyəti sədrinin müavini və "Autocapital Azerbaijan" müşahidə şurasının sədri Nina Vasadzenin tədbirdə iştirak etməsi ilə vurğulandı.
"Bu unikal avtomobil mərkəzi Azərbaycandakı artan ambisiyalarımızın təməl daşıdır. Bakının mərkəzində yerləşən bu mərkəz şəhərin enerjisini, ambisiyalarını və canlı ruhunu əks etdirir. Bu mənim üçün sadəcə bir fiziki məkan deyil. Bu, brendimizin lüks anlayışını yenidən formalaşdırmaq istəyimizin təcəssümüdür. Bu mərkəz "Mercedes-Benz"in müasir standartlarına uyğun regiondakı ilk və Azərbaycanın ən böyük avtomobil salonudur, brendin cəsarətli baxışını əks etdirir", - deyə Mixael Ştroban qeyd edib.

Yeni diler mərkəzi avtomobil seçimi və konfiqurasiyası üçün müştəri zonaları ilə yanaşı, 2200 m²-dən böyük xidmət zonasına malikdir. Xidmət sahəsi istehsalçının bütün standart və tələblərinə uyğun şəkildə təchiz edilib. Burada 30 işçi və yüksək ixtisaslı personal hər növ təmir işlərini yüksək keyfiyyətlə yerinə yetirmək üçün hazırdır. "Mercedes-Benz" avtomobillərinin sahibləri üçün bu mərkəz zəmanət və zəmanət sonrası xidmətlərin yüksək səviyyədə təmin olunacağı anlamına gəlir.

""Absheron" "Mercedes-Benz" avtomobil mərkəzinin açılışı bizim uzun illər - daha dəqiq desək, 30 illik səmərəli və etibarlı tərəfdaşlığımızın təcəssümüdür. "Absheron" - unikal bir yerdir, burada arzular və ideyalar həyata keçəcək. Hər bir müştəri brendin təqdim etdiyi innovasiyaları hiss edə biləcək. Ümid edirik ki, yeni salon Azərbaycandakı sevimli müştərilərimiz üçün maraqlı və ilhamverici bir məkan olacaq", - deyə Nina Vasadze vurğulayıb.

"Autocapital Azerbaijan"ın baş direktoru Orxan Hacıyev yeni mərkəzin avtomobil seçimində tamamilə yeni müştəri təcrübəsinin əsasını təşkil edəcəyini bildirib.

"Avtomobilin alınması və xidməti maksimum fərdi yanaşmaya malik olacaq ki, bu da ən tələbkar müştərilərin tələblərini qarşılamağa imkan verəcək", - deyə o qeyd edib.

Yeni diler mərkəzinin açılışı çərçivəsində "Mercedes-Benz" brendinin dizayn, texnologiya və dəbdəbəyə olan unikal yanaşmasını əks etdirən üç yeni model təqdim olunub: "Mercedes-AMG E53", "Mercedes-AMG G63" və "Mercedes-Maybach Night Series".

"Mercedes-Benz" brendi haqqında ən son xəbərləri, yeni modelləri və xidmətlərlə bağlı xüsusi təklifləri izləmək üçün sosial şəbəkələrdəki səhifələrimizə abunə olun və veb saytımıza keçid edin.

Haqqımızda:

"Abşeron Avtomobil Mərkəzi" MMC 2016-cı ildən etibarən Azərbaycanda "Mercedes-Benz" brendinin rəsmi dileridir.

"Abşeron Avtomobil Mərkəzi"ndə Siz yeni "Mercedes-Benz", "Mercedes-AMG" və "Mercedes-Maybach" avtomobillərini, həmçinin orijinal ehtiyat hissələri və aksesuarlarını əldə edə bilərsiniz. Bundan əlavə, salon orijinal texnologiyalardan istifadə edərək servis xidməti göstərir.
https://mercedes-absheron.az/ru
https://www.facebook.com/MercedesBenzAbsheron/
https://www.instagram.com/mercedes_benz_absheron/?hl=en

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Dekabr 2024 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri