Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Bakıda imzalanan Araz dəhlizi razılaşmasının pərdəarxası

Bakıda imzalanan Araz dəhlizi razılaşmasının pərdəarxası

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan İranın və Rusiyanın “Tramp dəhlizi”nə əngəl yaratmaq niyyətini önləmək istəyir?

Bakıda Azərbaycan, İran və Rusiya arasında üçtərəfli anlaşma memorandumu imzalanıb. Memorandumun imzalanması uzunmüddətli üçtərəfli əməkdaşlığın inkişafında və “Şimal-Cənub” marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq.

Yada salaq ki, Şimal-Cənub Dəhlizi üç əsas seqmentdən (Şərq, Trans-Xəzər və Qərb) ibarətdir və əsasən Şərq seqmenti aktiv istifadə edilir. Bu, Xəzər dənizi üzərindən Rusiya və İran limanları arasında daşımaları nəzərdə tutur. Xəzərin suyunun səviyyəsinin azalması, xüsusilə dənizin şimal hissəsində bu prosesin daha qabarıq müşahidə olunması, marşrutun effektivliyinə təsir göstərir.

“Şimal-Cənub” marşrutunun qərb istiqaməti seqmenti məsafə və infrastruktur baxımından ən optimal istiqamət sayılır. Azərbaycan bu sahədə infrastruktur üstünlüyü ilə seçilir və dəhlizin təkmilləşdirilməsi istiqamətində işlər davam edir. Hazırda yeganə tamamlanmamış hissə Rəşt-Astara dəmir yolu seqmentidir. Son məlumatlara görə, 162 kilometrlik xəttin 34 kilometrlik hissəsi üzrə torpaq ayrılması yekunlaşıb. Tikintinin 2026-cı ilin martına qədər başlanması və təxminən dörd il ərzində tamamlanaraq istifadəyə verilməsi planlaşdırılır. Hazırda bu istiqamət üzrə multimodal daşımalar da həyata keçirilir. Azərbaycandan keçən Sumqayıt-Yalama dəmir yolu xəttinin modernizasiyası bitib və bu il təhvil verilməsi gözlənilir. Ələt-Osmanlı-Astara dəmir yolunun bərpası isə 2028-ci ildə yekunlaşması nəzərdə tutulub. Bu da, buraxılış qabiliyyətinin artırılmasına və tranzit müddətinin azaldılmasına töhfəsini verəcək, Şimal-Cənub Nəqliyyat Dəhlizinin Qərb seqmentindən daha çox yükün ötürülməsinə zəmin yaradacaq.

Araz dəhlizi - yəni Zəngəzur dəhlizinə paralel olaraq İran ərazisindən keçən avtomobil marşrutunun istifadəyə verilməsi ilə Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Zəngəzur dəhlizinə paralel olaraq İran ərazisindən keçən bu avtomobil marşrutu gələn il istifadəyə verilməlidir. Bu istiqamət üzrə də Şimal-Cənub marşrutu çərçivəsində multimodal daşımaların təşkili mümkündür. Dəhlizin tam reallaşmasından sonra regionlararası iqtisadi əlaqələr güclənəcək, inteqrasiya prosesi sürətlənəcək. Bakıda imzalanan Araz dəhlizi razılaşmasının pərdəarxasında nələr var? Azərbaycan İranın və Rusiyanın “Tramp dəhlizi”nə əngəl yaratmaq niyyətini önləməkmi istəyir, yoxsa Araz dəhlizi həm də Azərbaycanın ciddi marağındadır?

“Bakıda Azərbaycan, İran və Rusiya arasında imzalanan üçtərəfli anlaşma memorandumu bir çox baxımdan əhəmiyyət kəsb edir. Əvvəla, memorandumun imzalanması uzunmüddətli üçtərəfli əməkdaşlığın inkişafında və "Şimal-Cənub" marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq". Bu fikirləri “Yeni Müsavat”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Bakıda imzalanmış Araz dəhlizi razılaşması Cənubi Qafqazda və daha geniş coğrafiyada nəqliyyat-kommunikasiya xəritəsini yenidən formalaşdıran strateji addımlardan biri kimi qiymətləndirilməlidir: “Ümumiyyətlə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, ölkə bütün istiqamətlər üzrə əməkdaşlığa açıqdır və tranzit infrastrukturunun çoxvektorlu şəkildə inkişafına üstünlük verir. Bu baxımdan Bakının məqsədi regional kommunikasiyaların dayanıqlı, davamlı və qarşılıqlı faydalı prinsiplər əsasında inkişafını təmin etməkdir”.

V.İskəndərov bildirib ki, bununla yanaşı, bölgədə nəqliyyat layihələri ətrafında gedən rəqabətin mövcud olduğu da danılmaz faktdır: “Azərbaycan bu rəqabətdə destruktiv deyil, konstruktiv və təşəbbüskar tərəf kimi çıxış edir. Həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından öz marşrutlarını şaxələndirməyə və strateji asılılıqları minimuma endirməyə çalışır. Araz dəhlizi də məhz bu yanaşmanın məntiqi nəticəsidir. Ümumilikdə bu layihə Azərbaycanın ciddi və çoxşaxəli maraqlarına xidmət edir. Məsələn, Naxçıvanla birbaşa quru bağlantı alternativinin yaradılması, regionda illərdir mövcud olan kommunikasiya boşluğunu aradan qaldırır və ölkə daxilində əlaqənin davamlılığını təmin edir. Digər bir məqam Azərbaycan-Türkiyə əlaqələri ilə bağlıdır. Hesab edirəm ki, Araz dəhlizinin reallaşması ilə iki qardaş ölkə arasında strateji əməkdaşlıq daha yüksək mərhələyə yüksəlir, iki ölkə arasında logistik inteqrasiya güclənir. Həmçinin Şərq-Qərb nəqliyyat dəhlizinin gücü artır, Azərbaycanın beynəlxalq yük daşımalarının əsas qovşaqlarından biri kimi mövqeyi daha da möhkəmlənir”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimlinin sözlərinə görə, Zəngəzur dəhlizi Şərq-Qərb axınını təmin etməklə böyük strateji əhəmiyyətə malikdir: “Dəhlizin yerləşdiyi ərazi o qədər əhəmiyyətli strateji mövqedə yerləşir ki, hətta Şimal-Cənub marşrutunun da bir hissəsini təşkil etməkdədir. Azərbaycan Respublikası üçün Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, o təkcə ölkəmizin Qərbə və Şərqə nəqliyyat axınını təşkil etmir, həm də ölkəmizin əsas hissəsi ilə Naxçıvanı birləşdirir. Bundan başqa, Azərbaycanı tranzit qovşağına çevirir. Araz dəhlizi əslində Azərbaycan və İran ərazisində Zəngəzur dəhlizinə paralellik xüsusiyyətinə malikdir. Bu səbəbdən də Azərbaycan ərazisindən daşınan yüklərin və nəqliyyat axınının bir hissəsini öz üzərinə götürəcək. Belə çıxır ki, biz iqtisadi faydanı İranla bölüşəcəyik. Həm də təkcə iqtisadi dividentdən söhbət getmir, həmçinin onun yaratdığı siyasi üstünlüklər də bölünür. Araz dəhlizinin iqtisadi baxımdan faydalılığı böyük həcmdə Şimal-Cənub marşrutuna bağlıdır. Təbii ki, İran bu dəhlizin işləməsi üçün Şərq ölkələri ilə də ciddi əməkdaşlıq qurmalıdır. Ancaq Rusiya ilə əlaqələr burada böyük paya sahibdir.

Şimal-Cənub marşrutunun qərb istiqaməti seqmenti iqtisadi baxımdan daha əlverişlidir. Bu marşrut üzrə daşımalarda birbaşa quru yollarından istifadə edilir. Lakin şərq seqmentində isə Xəzər dənizi və daha sonra quru yollarından istifadə olunur. Bu isə həm zaman baxımından daha çox vaxt aparır, həm də məsafə baxımından uzundur. Çünki yüklərin gəmidən quru daşımalarına keçirilməsi və əks yüklənmə, müddəti və xərcləri artırir. Üstəlik, məsafənin uzunluğu da iqtisadi effektivliyi aşağı salır. Ona görə də Rusiya üçün də qərb istiqaməti seqmentindən istifadə etmək daha məqbuldur. Bütün bunlara əsasən, Araz dəhlizinin Zəngəzur dəhlizinə alternativ ola biləcəyini demək olmaz. Hazırda dəhlizlərdən istifadədə iqtisadi əlverişlilik, məsafə, zaman və təhlükəsizlik məsələsi önəm daşıyır. Ona görə də dəhlizlərdən istifadə məsələsi təbii olaraq tənzimlənir. Araz dəhlizinin mövcudluğu Azərbaycan üçün iqtisadi baxımdan arzuedilən olmasa da siyasi baxımdan faydalıdır. Çünki Zəngəzur dəhlizinin keçdiyi Ermənistan etibarlı partnyor deyil. Ona görə Azərbaycan marşrutlarının şaxələndirilməsini dəstəkləməlidir. Eyni zamanda Araz dəhlizi Azərbaycanın təkcə Arazboyu daşımalarına xidmət etməyəcək. Bu həm də bizim cənub ölkələri ilə nəqliyyat əlaqələrimizin qurulmasında bir mexanizmə çevriləcək. Azərbaycan cənub qonşumuzun yaratdığı infrastrukturdan bəhrələnərək cənuba doğru nüfuz edəcək. Həmçinin İranda yaşayan azərbaycanlılarla təmasları artıracaq". /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Noyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri