Icma.az
close
up
RU
Bakıda incəsənət festivalı olacaq Foto

Bakıda incəsənət festivalı olacaq Foto

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

30 oktyabr - 2 noyabr tarixlərində Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə Bakıda incəsənət festivalı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.

Layihənin məqsədi Bakını qlobal səviyyədə əks-səda yaradan, bir şəhər olaraq ənənə və müasirliyi birləşdirən, müxtəlif fikirləri bir araya gətirən və gələcək nəsillərə ilham verən mədəniyyət paytaxtı kimi təqdim etməkdir.

Üç gün ərzində incəsənət həvəskarlarını maraqlı və qeyri-adi bir həftəsonu gözləyir.

“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi həftəsonu Bakını yaradıcılıq, duyğular və enerji dalğasına bürüyəcək.

Beynəlxalq incəsənət dünyası ilə mənalı dialoqu təşviq edən “Art Weekend”in əsas elementi kimi davamlılığın, yenilənmənin və ortaq yaddaşın rəmzi olan su seçilib.  Bu da təsadüfi deyil. Belə ki, su həm yaradıcı impulsun metaforası, həm dəyişimin güzgüsü, həm də insan və təbiət arasında körpünün rəmzidir. Bu baxımdan su fəlsəfi, bədii və ekoloji baxımdan “Art Weekend” konsepsiyasının mərkəzində yer alacaq.

Festival günlərində ziyarətçiləri Bakıda sərgilər, təqdimatlar, mühazirələr, ustad dərsləri, musiqi sessiyaları, ekskursiyalar, küçə rəsm layihələri, immersiv küçə teatrının layihələri ilə tanışlıq gözləyir. 

Festival Bakının müxtəlif incəsənət ocaqlarını – Heydər Əliyev Mərkəzi, İçərişəhər,  Müasir İncəsənət Muzeyi, Daş Salnamə Muzeyi, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Bakı Marionet Teatrı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Q Gallery, Bakı Fotoqrafiya Evi, YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Rəngkarlığı Muzeyi , Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Nine Senses” İncəsənət Mərkəzi və digər məkanları əhatə edəcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri