Icma.az
close
up
RU
Bakıda incəsənət festivalının açılışı oldu

Bakıda incəsənət festivalının açılışı oldu

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) açılış mərasimi keçirilib.

Axşam.az "AzərTac"a istinadən xəbər verir ki, festival klassikanı və müasirliyi, dünya bəstəkarlarının şah əsərlərini və Azərbaycanın mədəni irsini birləşdirərək ənənə ilə yeniliyin, Şərqlə Qərbin dialoqu üçün məkan yaradır.

Festivalın fəxri səfiri, ssenarist və dramaturq İsmayıl İman jurnalistlərə açıqlamasında qeyd edib ki, festival 3 həftə davam edəcək və Bakının aparıcı səhnələrində məşhur rejissorlar, xoreoqraflar və teatr truppaları çıxışlar edəcəklər. “Bu günlər ərzində görkəmli sənətçilərin tamaşaları nümayiş olunacaq. Festivalın məqsədi mədəni mübadiləni təşviq edən, müxtəlif icmaları birləşdirən və Bakının beynəlxalq mədəniyyət mərkəzi kimi mövqeyini gücləndirən bir platforma yaratmaqdır. Belə tədbirlər yaradıcı şəxsləri bir araya gətirir və Azərbaycanın mədəni imicinin möhkəmlənməsinə töhfə verir”, - deyə İ.İman əlavə edib.

Özbəkistanlı pianoçu Behzod Abduraimovun sözlərinə görə, belə festivallar dünyanın müxtəlif ölkələrindən gələn sənətçilərlə bir arada olmaq üçün gözəl fürsətdir.

O, festivalın əhəmiyyəti barədə danışarkən deyib: “Burada keçirdiyimiz iki məşq yaxşı mənada çox tez keçdi, çünki hər şey rahat şəkildə reallaşdı. Azərbaycan bəstəkarlarının əsərlərini dinləmək və müzakirə etməkdə çox maraqlıyam. Uzun müddətdir ki, Azərbaycana səfərimi səbirsizliklə gözləyirdim. Təəssüratlarım çox xoşdur”.

Açılış mərasimində pianoçu Behzod Abduraimov Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə çıxış edib. Proqramına Dmitri Şostakoviçin əsərləri, Qara Qarayevin “Don Kixot” süitası və Pyotr Çaykovskinin monumental konserti daxildir.

Bakı Beynəlxalq İncəsənət Festivalı noyabrın 16-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://axsam.az
archiveBu xəbər 31 Oktyabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri