Icma.az
close
up
RU
Bakıda “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor mövzusunda tədbir olub

Bakıda “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor mövzusunda tədbir olub

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda COP29-un proqramına uyğun olaraq “Qida, Kənd Təsərrüfatı və Su Günü”ündə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, tədbirin keçirilməsində məqsəd aqrar sahənin inkişafı üzrə müəyyən edilən strateji prioritetlərin - dayanıqlı kənd təsərrüfatının təşviqi, fermerlərin maliyyə resurslarına çıxışının artırılması və beynəlxalq tərəfdaşlığın daha da gücləndirilməsi istiqamətində COP29 tədbirlərinə töhfə vermək və bu istiqamətdə fermerlərə daha çox məlumat çatdırmaq olub.

“Yaşıl zona”da baş tutan tədbirdə AKİA-nın rəhbər şəxsləri, fermerlər, banklar da daxil olmaqla özəl sektorun, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

AKİA-nın dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov dövlət dəstəyi mexanizmləri və onların təsirinin artırılması yolları mövzusunda çıxış edib. O əvvəlcə Aqrar Subsidiya Şurası tərəfindən qəbul edilən yeni dəyişikliklərlə bağlı ətraflı məlumat verib, daha sonra dövlət dəstəkləri və ən son dəyişikliklərin fermerlər üçün yaratdığı imkanlardan danışıb.

İqlim dəyişiklikləri dövründə dayanıqlı kənd təsərrüfatı üçün innovativ texnologiyalardan istifadənin artırılmasının əhəmiyyəti mövzusunda çıxış edən “Beta Azərbaycan” MMC-nin regional müdiri Ahmet Arslan risklərin idarə olunması və məhsuldarlığın artırılmasına dair praktiki nümunələr təqdim edib, iştirakçılara və xüsusi ilə fermerlərə dayanıqlı təsərrüfat yaratmağın yolları barədə faydalı məlumatlar çatdırıb.

AKİA-nın sədr müavini Mehman İsmayılov kənd təsərrüfatının maliyyələşdirilməsində bankların və digər kredit təşkilatlarının rolu mövzusunda çıxış edərək dövlət-özəl tərəfdaşlığının dayanıqlı kənd təsərrüfatının əsaslarından biri olduğunu deyib. O tədbir iştirakçılarına Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən (EKTİS) alınan məlumatlarla fermerlərin maliyyə tarixçəsinin vizual təqdimatını nümayiş etdirib.

AKİA-nın sədr müavini Fərid Rəhimli kənd təsərrüfatının subsidiyalaşdırılması üzrə təqdimat keçirib, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində formalaşan dataların subsidiya siyasətinin formalaşmasına təsiri barədə danışıb. Fərid Rəhimli qeyd edib ki, formalaşan datalar dövlət dəstəyi mexanizmlərinin səmərəlilik göstəricilərini ölçməyə, vəsaitin daha optimal yönləndirilməsinə imkan verir.

AKİA-nın Layihə və proqramlar şöbəsinin müdiri Fərid Əmirov çıxış edərək iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirini azaltmaq məqsədli beynəlxalq təşkilatlar və donorlarla əməkdaşlığın artırılması istiqamətləri mövzusunda təqdimat edib. O çıxışında qeyd edib ki, iqlim dəyişikliyinin qlobal təsirlərinə qarşı daha geniş əməkdaşlıq çox vacibdir. Bu mənada beynəlxalq layihələr və dövlət proqramlarının kənd təsərrüfatına olan müsbət təsirini nəzərə alaraq xüsusi ilə qadın və gənc fermerlər üçün həyata keçirilən layihələr olduqca faydalıdır. Fərid Əmirov həmçinin iştirakçılara COP29-dan sonrakı fəaliyyətlər və Bakı Harmoniya İqlim Təşəbbüsündən irəli gələn tədbirlərlə bağlı beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq imkanları barədə məlumat verib.

Tədbir iştirakçıları maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Noyabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri