Icma.az
close
up
RU
Bakıda iqlim qanunvericiliyi və institutlarının gücləndirilməsi müzakirə olunub

Bakıda iqlim qanunvericiliyi və institutlarının gücləndirilməsi müzakirə olunub

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "İqlim qanunvericiliyi və institutlarının gücləndirilməsi üzrə yüksək səviyyəli parlament dəyirmi masa"sı keçirilib.

525.az xəbər verir ki, tədbiri Bakı İqlim Fəaliyyəti Həftəsinin təşkilatçıları və BMT İqlim Dəyişmələri Çərçivə Konvensiyasının (UNFCCC) qeyri-rəsmi parlament qrupunun əlaqələndiricisi olan GLOBE qanunvericiləri təşkilatı təşkil edib.

Dəyirmi masada Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin deputatları, ekspertlər, özəl sektor nümayəndələri iştirak edib. İştirakçılar alimlər, özəl sektor, vətəndaş cəmiyyəti və akademiya kimi əsas tərəfdaşlarla əməkdaşlıq şəraitində Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) – yeni mərhələsini necə formalaşdıra biləcəyi, güclü karbon bazarlarının necə qurula biləcəyi və ədalətli, dayanıqlı sıfır emissiyaya keçid üçün müvafiq mühitin yaradılaması ətrafında müzakirələr aparıblar.

Tədbirdə GLOBE-un "6-cı maddə və karbon bazarları üzrə parlament bələdçisi"nin Azərbaycan dilində nəşrinin təqdimatı olub. Bu nəşr COP30 zamanı Braziliyanın Belem şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Paris sazişinin 6-cı maddəsi üzrə dialoquna hazırlıq məqsədi daşıyır.

Müzakirələr zamanı iqlim qanunvericiliyi sahəsində təcrübələr təqdim olunub, müstəqil məsləhətçi şuraların rolu araşdırılıb və milli iqlim planlarının həyata keçirilməsində özəl sektorun artan rolu vurğulanıb.

Vurğulanıb ki, qlobal orta temperaturun cari trendlərlə hələ də artacağı proqnozlaşdırıldığı bir zamanda qanunvericilik fəaliyyəti, hökumətə nəzarət və ictimai konsensusun səfərbər edilməsindəki rolu vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Sentyabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri