Icma.az
close
up
RU
Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Bakıda sentyabrın 5-də keçiriləcək beynəlxalq “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib.

Bakı Şəhər Halqasından AZƏRTAC-a bildirilib ki, Bakı Bulvarının “Yeddi gözəl” fəvvarəsinin qarşısındakı ərazidə “IRONMAN” kəndi və əyləncə zonası fəaliyyətə başlayıb. Ziyarətçilər burada “IRONMAN” ab-havasını yaxından hiss edə, müxtəlif əyləncəli və interaktiv fəaliyyətlərdə iştirak edə, əsas yarış ərəfəsində asudə vaxtlarını səmərəli keçirmək imkanı qazana bilərlər.

Bu gün, həmçinin “IRONMAN 70.3 Baku” triatlon yarışında iştirak edəcək idmançıların qeydiyyatına başlanılıb.

Tədbirin əsas yarışı sentyabrın 5-də keçiriləcək. Dünyanın 62 ölkəsindən idmançılar start xəttinə çıxacaqlar. “IRONMAN 70.3” yarışı 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış olmaqla, 3 mərhələdən ibarətdir. Yarışlar kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçiriləcək.

“IRONMAN 70.3” çərçivəsində estafet yarışı da keçiriləcək. Kişilər, qadınlar və qarışıq komandalar arasında təşkil olunacaq yarışda ümumilikdə 47 komanda iştirak edəcək. Yarışın yekunlarına əsasən, ən aktiv 3 klub da mükafatlandırılacaq.

“IRONMAN 70.3 Baku” yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-də keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

Tədbir çərçivəsində sentyabrın 4-də uşaqlar üçün “IRONKIDS”, eləcə də “Fun Run” qaçışları keçiriləcək. “IRONKIDS” yarışında 5–8 yaşlı uşaqlar 500 metr, 9–13 yaşlı iştirakçılar 1 kilometr, 14–17 yaşlı iştirakçılar isə 2 kilometr məsafə qət edəcəklər. 5 kilometrlik “Fun Run” qaçışında isə 18 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Hər iki yarışa qeydiyyat hazırda davam edir.

Qeyd edək ki, yarışlar Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri