Icma.az
close
up
RU
Bakıda iş adamına qarşı SUİ QƏSD CƏHDİ Qadına görə havaya atəş açıldı

Bakıda iş adamına qarşı SUİ QƏSD CƏHDİ Qadına görə havaya atəş açıldı

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

2023-cü il fevralın 16-ı saat 21:10-da Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində evə basqın edilib. Vətəndaş Elman Əsədov Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, naməlum şəxsin yaşadığı ünvana silahla basqın etməsi və dostları ilə onu tutub zərərsizləşdirməsi barədə məlumat verib. Saxlanılan şəxs məlumat əsasında hadisə yerinə yollanan 31-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verilib. Məlum olub ki, o, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Tahir Hüseynovdur. Ondan qundağı və lüləsi kəsilmiş ov tüfəngi, habelə çantasından 6 ədəd patron, 2 ədəd yapışqanlı lent, papaq və vətəndaş Xəyal Muradova məxsus şəxsiyyət vəsiqəsi götürülüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində ilkin olaraq Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Basqın edilən ev

Oxu.Az xəbər verir ki, Lent.az sui-qəsdə cəhdin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Tahir Hüseynov qisas niyyəti ilə "Ballı Market"lər şəbəkəsinin müdiri Elman Əsədovun külli miqdarda pulunu ələ keçirmək üçün qətlini planlaşdırıb. Fevralın 16-ı saat 21 radələrində idarə etdiyi avtomobilini Suraxanı Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qarşısında saxlayaraq, içərisində hazırladığı əşyalar və odlu silah olan çantanı götürüb, tanınmamaq məqsədilə başına qara rəngli papağı qoyub. Piyada Elman Əsədovun yaşadığı Əmircan qəsəbəsi, 9-cu Balandin küçəsi, 4 ünvanına gedib. Evin hasarına çıxıb, sonra dam örtüyünün üstündən həyətə düşüb. Oradan bilyard stolu quraşdırılmış otağa girib, əlində silahla oturmuş vəziyyətdə Elman Əsədovun gəlməsini gözləyib. Amma ev sahibindən əvvəl ora Əsədovun qohumu İlqar Əliyev və tanışı Vidadi Vahidov daxil olub. Onlar Tahir Hüseynovu gördüklərinə görə o, törətməyə hazırlaşdığı ağır cinayətləri başa çatdıra bilməyib. Hüseynov qaçmaq məqsədi ilə odlu silahı həmin şəxslərə istiqamətləndirib, onlardan döşəməyə uzanmaqlarını tələb edib. İlqar Əliyev və Vidadi Vahidov uzananda, o Vidadi Vahidovun başı üzərindən bir dəfə havaya atəş açıb və otaqdan çıxıb. Arxasınca qaçan Vahidov həyətdə gödəkçəsindən tutub, saxlayanda, qaçmağa çalışan Hüseynov tüfəngin qundağı ilə zərərçəkmişin alın nahiyəsinə zərbə vurub. Buna baxmayaraq, Vidadi Vahidov, İlqar Əliyev və hadisə yerinə gəlmiş Elman Əsədov tərəfindən Tahir Hüseynov silahı əlindən alınmaqla zərərsizləşdirilib.

İş üzrə dindirilmiş Tahir Hüseynov bildirib ki, 2014-cü ildən sürücü işləyib, işdə olmadığı günlərdə icarə əsasında idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırıb. 2019-cu ildə arvadı Zülfiyyə Hüseynova Yeni Suraxanı qəsəbəsində fəaliyyət göstərən marketin parfümeriya şöbəsində satıcı işləyib:

"3 aydan sonra mağazalar şəbəkəsinin müdiri Elman Əsədov yoldaşımı malların satışından əldə edilmiş min manat məbləğində pulu xəzinəyə mədaxil etməməkdə günahlandıraraq əsassız olaraq işdən azad etdi. Arvadım bu barədə mənə məlumat verəndən sonra, iş yerinə gedib müdirlə söhbət etdim. Elman Əsədov məni söyərək, yoldaşımın kassaya pul ödəməli olduğunu bildirdi, məni hədələdi və polisə zəng edib məlumat verdi.

Bununla bağlı 31-ci Polis Bölməsində araşdırma aparıldı. Elman Əsədovun tələbi əsasında marketə 400 manat versəm də, qalan məbləği ödəmədim. Günlərin bir günü ərzaq almaq üçün həmin marketə gedəndə, arvadımın şəklini xüsusi lövhədə asıldığını və altında oğurluq edən şəxs kimi qeyd edildiyini gördüm. Bundan qəzəblənərək, Elman Əsədovdan qisas almaq qərarına gəldim.

Yanvar ayında mərhum atamdan qalan ov tüfəngini və 7 ədəd patronu götürərək, Xəzər rayonunun Buzovna qəsəbəsində kirayə götürdüyüm evə apardım. Orda dəmir kəsən mişar vasitəsilə tüfəngin lüləsini və qundağını kəsərək, əl çantasında asan daşınması üçün təyinatını dəyişdirdim. Patronların içərisinə mismar qırıqları doldurdum. Fevralın 16-da Elman Əsədovun evinə getdim. Onu qorxudub cəzalandırmaq istəyirdim".

Məhkəmə iclasında Tahir Hüseynov verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. Tahir Hüseynov Elman Əsədovla barışdığını və əməlindən peşman olduğunu bildirib.

Zərərçəkmiş Elman Əsədov ifadəsində göstərib ki, 2012-ci ildən Suraxanı rayonu ərazisində, ümumilikdə 7 ədəd olmaqla marketlər şəbəkəsini 2 oğlu ilə birlikdə idarə edir:

"Tahir Hüseynovu hadisədən əvvəl tanımırdım. Məlum hadisədən sonra kadrlar şöbəsindən Tahirin arvadı Zülfiyyə Hüseynovanın 2019-cu il fevralın 1-dən aprelin 1-nə kimi Yeni Suraxanı qəsəbəsində yerləşən filialda, parfümeriya şöbəsində satıcı işlədiyini və öz xahişi ilə işdən çıxdığını öyrəndim. 2023-cü il fevralın 16-da dostum Vidadi və qohumum İlqarla yaşayış sahəsinə qanunsuz girib, atəş açan şəxsi yaxalayandan sonra 102 xidmətinə zəng edib hadisə barədə məlumat verdim. Polis əməkdaşları gələnədək Tahir Hüseynovu döyməmişik".

Tapılan silah-sursat

Elman Əsədov əlavə edib ki, nəinki Zülfiyyə Hüseynovaya, ümumiyyətlə hər hansı qadına heç vaxt əxlaqsız təklif etməyib. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayəti olmadığını, Tahir Hüseynovu psixi xəstə hesab etdiyini bildirərək məhkəmədən ona ən aşağı həddə cəza verilməsini istəyib.

Məhkəmə hesab edib ki, Tahir Hüseynovun əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 28, 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürməyə hazırlıq) və 28, 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluğa hazırlıq) maddələri ilə düzgün tövsif edilməyib.

Məhkəmə qənaətə gəlib ki, Hüseynovun Cinayət Məcəlləsinin 28, 120.1-ci (qəsdən adam öldürməyə hazırlıq), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və ya gəzdirmə), 229.1-ci (qanunsuz olaraq silah hazırlama) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, ev sahibinin iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tahir Hüseynov 8 il müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 7 il 3 ay müddətinə endirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 May 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri