Bakıda iş adamının oğlu Bentley ilə QƏZA TÖRƏTDİ
Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
Bentley markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədilməsi və hadisə yerindən yayınma iddiası araşdırılır.
Hurriyyet.az xəbər verir ki, Bakues.az-a daxil olan şikayətə görə, şirkət rəhbərlərindən biri olduğu bildirilən Azər Talıb oğlu Əlixanbəyovun oğlu Furkan Azər oğlu Əlixanbəyov “rent a car” xidməti vasitəsilə icarəyə götürdüyü Bentley markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq qəza törədib və hadisə yerindən uzaqlaşıb.
İddialara əsasən, qəzadan sonra icarəyə götürülmüş avtomobilə dəyən zərərin, eləcə də icarə ödənişlərinin qarşılanması ilə bağlı problem yaranıb. Şikayətdə qeyd olunur ki, Furkan Əlixanbəyovun atası Azər Əlixanbəyov və onun köməkçisi olduğu bildirilən Ramin adlı şəxs ödənişlərin edilməyəcəyini bildiriblər.
Məlumata görə, məsələ ilə bağlı tərəflər Bakı şəhəri 18-ci Polis Bölməsinə dəvət olunublar. Hazırda fakt üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Rəsmi qurumlar hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 06 Yanvar 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















