Icma.az
close
up
RU
Bakıda iş və dərs saatları dəyişə bilər 07:00 15:00

Bakıda iş və dərs saatları dəyişə bilər 07:00 15:00

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Tıxac problemi hələ də həllini tapmayan məsələlərdən biri olaraq qalır. Müxtəlif təkliflər səslənsə də, müəyyən addımlar atılsa da hələ ki, ciddi bir nəticə əldə olunmayıb. Tıxac problemindən danışarkən tez-tez səsləndirilən fikirlərdən biri də iş və dərs saatlarının dəyişdirilməsi ilə bağlıdır.

Dünyada nəqliyyat sıxlığını azaltmaq üçün ən ideal iş saatları aşağıdakı kimi müəyyən edilib:

07:00-15:00 (Erkən başlayanlar üçün)

08:00-16:00 (Standart iş vaxtı)

09:00-17:00 (Ənənəvi iş rejimi)

10:00-18:00 (Gec başlayanlar üçün).

Bəs, bu mexanizm ölkəmizdə də tətbiq oluna bilərmi?

Məsələ ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanda iş və dərs saatlarının dəyişdirilməsi ilə bağlı təşəbbüslər var, məsələ gündəmdə olub.Onun sözlərinə görə, bu istiqamətdə real nəticələr əldə olunmayıb. Hətta pandemiya dövründə müvafiq qərarlar verilsə də, onların icrasına ciddi şəkildə əməl olunmayıb.

Ekspert qeyd edib ki, hazırda "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda bu məsələyə yenidən baxılması nəzərdə tutulur:

"İndiki halda dövlət proqramına baxsaq, orada da göstərilir ki, iş və dərs saatları məsələsinə bir daha baxılsın. Ümid edirik ki, bu dəfəki baxış real və müsbət nəticə verəcək".

Ekspert bildirib ki, Bakıda əsas tıxac səbəblərindən biri təhsil sistemi ilə bağlıdır. Onun sözlərinə görə, ali və orta məktəblər bağlı olduqda şəhərdə tıxacın nəzərəçarpacaq dərəcədə azalması bunu sübut edir:

"Bizdə dərs saatları biyabırçılıqdır. Sovet dövründən qalan bir ənənə üzrə formalaşıb. Səhər saat 8-də birinci sinif uşağını yuxulu halda məktəbə aparmaq məcburiyyətində qalırıq. Halbuki buna real ehtiyac yoxdur".

E.Muradlı qeyd edib ki, xüsusilə aşağı sinif şagirdləri tıxac problemini daha da kəskinləşdirir. İzah edib ki, 5-ci sinfə qədər olan uşaqlar əsasən valideynlərin şəxsi avtomobilləri ilə məktəbə aparılır:

"Yuxarı sinif şagirdləri artıq ictimai nəqliyyatdan və ya piyada hərəkətdən istifadə edir. Əsas problem məhz aşağı siniflərdədir və bu da məktəblərin qarşısında ciddi sıxlığa səbəb olur".

Ekspertin fikrincə, problemin həlli üçün dərs və iş saatlarının fərqli rejimə keçirilməsi mümkündür. O, xüsusilə sıx yaşayış məntəqələrində yerləşən məktəblərə fərdi yanaşmanın vacibliyini vurğulayıb:

"Elə bir qərar olmamalıdır ki, bir məktəbə görə bütün ölkə üzrə dərs saatları dəyişsin. Elm və Təhsil Nazirliyi ilə Dövlət Yol Polisi birgə işləyib, konkret tıxac yaradan məktəblər üzrə fərdi qərarlar verə bilər. Fərdi yanaşmalarla müəyyən qədər vəziyyətdən çıxmaq olar".

E.Muradlı əlavə edib ki, bu məsələdə əsaslı və elmi araşdırmalar aparılmadan nəticə əldə etmək mümkün deyil:

"Gözəyarı qiymətləndirmə çıxış yolu deyil. Heç olmasa test rejimində bəzi dəyişikliklər yoxlanılmalıdır. Biz bunu etməmişik, ona görə də vəziyyət dəyişmir. İş saatlarının dəyişdirilməsinə isə çox normal yanaşıram və düşünürəm ki, bu, Bakı şəhərində tıxac probleminin azalmasına müsbət təsir göstərə bilər"./milli.az

Oxunub 32

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Fevral 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri