Icma.az
close
up
RU
Bakıda işlədiyi şirkətə 80 min pul atan qazi həbs edildi

Bakıda işlədiyi şirkətə 80 min pul atan qazi həbs edildi

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İceland” dondurma brendinin sahibi olan “Camal “LTD” şirkətinin satış təmsilçisi, 1995-ci il təvəllüdlü Nihad Ələkbərov həbs edilib.

News24.az -ın əldə etdiyi məlumata görə, şirkətin dəvəti ilə həyata keçirilən audit nəticəsində Nihadın 2020-2023-cü illər ərzində mağazalara və digər obyektlərə satdığı dondurmalara görə topladığı külli miqdarda vəsaitin 80 min manata yaxın məbləğini ələ keçirdiyi məlum olub.

Belə ki, öncə N.Ələkbərovun işlədiyi ilk 9 ay ərzində şirkətə məxsus 40 min pulu mənimsəməsi üzə çıxıb. Həmin vaxt “Camal LTD” şirkəti onun Vətən Müharibəsi iştirakçısı olmasını və dəymiş zərəri ödəməyə söz verməsini nəzərə alaraq işdə saxlanılmasına və ələ keçirdiyi pulları hissə-hissə qaytarmasına razı olub.

Lakin növbəti mərhələdə Nihad daha 40 min manata yaxın vəsaiti  ələ keçirib. Bütün bunlar üzə çıxdıqdan sonra şirkət onun barəsində hüquq-mühafizə orqanlarına müraciət edib. Şirkət əməkdaşı barəsində Cinayət Məcəlləsinin 179-cu ( külli miqdarda mənimsəmə) maddəsi ilə iş açılıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və N.Ələkbərov oktyabrın 8-də həbs edilib. Məhkəmənin hökmü ilə ona 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, N.Ələkbərov “Füzulinin azad olunması”, “Xocavəndin azad olunması”, “Qubadlının azad olunması”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. O, Füzuli uğrunda gedən döyüşlər zamanı yaralanıb.

Yaşar Araz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:528
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri