Icma.az
close
up
RU
Bakıda İtaliyanın Milli Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Bakıda İtaliyanın Milli Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Bakıda İtaliyanın Milli Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və İtaliyanın Dövlət himnləri səsləndirilib.

Çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin tarixindən söz açaraq, ilk dəfə hələ 1919-cu ildə Bakıda İtaliya nümayəndəliyinin açıldığını xatırladıb.

Səfir bildirib ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı, Azərbaycan isə İtaliyanın mühüm strateji enerji təchizatçısıdır. O, bu əməkdaşlığın qeyri-enerji sahələrində və işğaldan azad olunmuş ərazilərin bərpasında da davam etdirilməsində maraqlı olduqlarını qeyd edib.

İki ölkə arasında strateji tərəfdaşlığın yüksəksəviyyəli siyasi dialoqa əsaslandığını vurğulayan Luka di Canfrançesko dövlət başçıları və hökumət rəhbərləri arasında son illərdə keçirilən görüşləri xatırladıb. Diplomat, həmçinin mədəni əməkdaşlığa toxunaraq, Azərbaycanda “Made in Italy” məhsullarına və İtaliya mədəniyyətinə böyük maraq göstərilməsini sevindirici hal hesab edib.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev çıxışında İtaliya hökumətini və xalqını təbrik edib, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib. O, İtaliya şirkətlərinin Azərbaycanın müxtəlif sahələrində fəal iştirak etdiyini məmnunluqla vurğulayıb.

Nazir elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyini, bir sıra universitetlər arasında tələbə və müəllim mübadiləsinin həyata keçirildiyini bildirib. O, bu istiqamətdə birgə layihələrin və tədqiqatların əhəmiyyətini qeyd edib.

Emin Əmrullayev, həmçinin İtaliyanın COP29 çərçivəsində dəstəyini və iştirakını yüksək qiymətləndirərək gələcək əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Sonra qonaqlar üçün bədii proqram təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri