Bakıda kafedə qanlı dava 1 nəfər öldü, deputatın oğlu saxlanıldı
Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
Bakının Xətai rayonunda kütləvi dava qətllə nəticələnib. İnsident zamanı bir nəfər öldürülüb, bir neçə nəfər isə bıçaqlanıb. Hadisə ilə əlaqədar 9 nəfər saxlanılıb. Saxlanılanlar arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də var.
APA-nın əldə etdiyi məlumata görə, hadisə General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən, əvvəllər “Ab-Hava” adı ilə fəaliyyət göstərmiş kafedə baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.
Dava biznes mübahisəsinə görə baş verib?
İlkin məlumatlara görə, insidentin biznes münasibətləri zəminində yaranan mübahisə səbəbindən baş verdiyi bildirilir. Lakin münaqişənin konkret səbəbləri və iştirakçılar arasında münasibətlərin təfərrüatları barədə rəsmi açıqlama verilməyib.
APA-nın “Lent.az”a istinadən yaydığı məlumata əsasən, saxlanılan Əhməd Əlizadə deputat Arzuxan Əlizadənin oğludur.
Hadisədən sonra Əhməd adlı şəxsin könüllü olaraq polisə təslim olduğu barədə də məlumat yayılıb.
Daha iki nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, hadisədə iştirak edən 9 nəfər polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Məlumata görə, insidentin digər iştirakçıları olduğu bildirilən Kamran və Həsən adlı şəxslər də saxlanılıblar. Həmin şəxslərin paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində reabilitasiya mərkəzi işlətməsi barədə də məlumat yayılıb.
DİN-in açıqlamasına əsasən, hazırda hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qətlin və yaralanma hallarının bütün təfərrüatları, eləcə də insidentin başvermə şəraiti araşdırılır.
Post navigationPrevious: Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?
Baxış sayı:132
Bu xəbər 24 Oktyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















