Bakıda “KamAZ” aşdı, yol bağlandı YENİLƏNİB
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə “KamAZ” markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində qeydə alınıb.
Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb. Əraziyə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hadisə səbəbindən Zığ şosesində hərəkət məhdudlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
23:11
Qəza səbəbilə Zığ şosesi-8 Noyabr prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbilə yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.
Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 01 Oktyabr 2026 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















