Icma.az
close
up
RU
Bakıda keçirilən əməliyyatlar: Azərbaycanı hansı ölkə hədəf seçib? Gizlinlər

Bakıda keçirilən əməliyyatlar: Azərbaycanı hansı ölkə hədəf seçib? Gizlinlər

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda keçirilən son əməliyyatlar ortaya bəzi sualları çıxarır. Jurnalist adı ilə fəaliyyət göstərən, xarici mənbələrdən qeyri-şəffaf şəkildə maliyyələşən bir qrup şəxsin saxlanması ictimaiyyətdə haqlı narahatlıq yaradır. Hədəf Azərbaycandakı sabitlikdir? Qərb ölkəmizdə fəaliyyət göstərən şəbəkəsi vasitəsilə qarşıdurma, qeyri-sabitlik ssenarisi hazırlayırdı?

Gürcüstanda son aylarda baş verənlərin Azərbaycanda da təkrarlana biləcəyi ehtimalı var. Əksər rəylərə görə, ABŞ, Avropa Birliyi Cənubi Qafqazda yaradılan sabitliyi pozmaq üçün istənilən təxribata əl atmağa hazırdır.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu bildirib ki, Qərb imperializmi onun iradəsinə tabe olmayan dövlətlərin daxili işlərinə qarışmaq üçün həmin ölkələrin vətəndaşlarından İbarət xüsusi “5-ci kolon” hazırlayır:

“Bu, daha çox ictimai rəyə təsiri olan institutlar vasitəsilə təşkil edilir. Media şübhəsiz ki, öz funksiyası etibarilə ictimai rəyə təsir edir. Qərbdə hesab edirlər ki, belə təşkilatlanmaları öz məqsədləri üçün alətə çevirsələr daha effektiv nəticə əldə edə bilərlər. Buna görə də hədəf jurnalistika seçilir. Bu minvalla media subyektləri maliyyələşdirilir və ya QHT-lər seçilərək eyni proses icra edilir.

Hikmət Babaoğlu

Qərbin planları və aldıqları direktivlər istiqamətində media subyektləri, jurnalistlər, QHT-lər dövlətə, ictimai maraqlara, sabitliyə qarşı fəaliyyət göstərirlər. Maraqlıdır ki, bu şəxslər ifşa olunduqda Qərb bu şəxsləri jurnalist, insan haqları müdafiəçisi adı altında müdafiə edir.

Azərbaycan dəfələrlə bu cür hücumlara məruz qalaraq və təcrübədən keçərək hazırkı qüdrətinə çatıb. Lakin bəzi ölkələrdə ictimai müqavimət və dövlət institutları möhkəm deyil. Bunun da nəticəsində Gürcüstandakı olaylar baş verir. Hazırda əli hər şeydən üzülən Qərb Azərbaycanda ifşa olan şəxslər üzərindən ölkəmizə təzyiq etməyə başlayıb”.

Siyasi şərhçi Mütəllim Rəhimli isə deyib ki, deyib ki, COP29 öncəsi ABŞ-la Qərbin demokratiya, insan haqları və azad seçkilərlə bağlı ölkəmizə qarşı münasibəti aydın göründü:

“Bu, Qərbin Azərbaycana əleyhinə daim istifadə edəcəyi silahdır. İddialar və çağırışlar arasında mühüm həqiqətlər olsa da, beynəlxalq tədbir ərəfəsində onların səsləndirilməsi çoxsaylı tərəfdar yığa bilmədi. Lakin səsləndirilən fikirlər aktuallığını hələ də qoruyub saxlamaqdadır. Təəssüf ki, hakimiyyət həbs etdiyi şəxslərin siyasi baxışlarına görə təqib edildiyi fikirlərini ciddi əsaslarla təkzib edə bilmir. Cəmiyyət də bu məsələyə birmənalı baxmır və ictimai fikir belə hərəkətləri təqdir etmir.

Vaxtilə Ukraynada, Gürcüstanda hakimiyyətlərin siyasi təqiblərinə görə Qərbin dəstəyi ilə rəngli inqilablar baş verdi. Bu cəmiyyətlər uzun müddət etiraz dalğası fonunda tərbiyə edilmişdi və demokratik qüvvələr açıq dəstəyə malik idi. Ona görə də indinin özündə də biz Gürcüstanda müxalifətin ciddi etirazlarını müşahidə edirik. İqtidar da çox sərt tədbirlər görməkdən çəkinir.

Mütəllim Rəhimli

Azərbaycanda situasiya adıçəkilən ölkələrdən həmişə fərqli olub. ABŞ və Qərb rəsmiləri dəfələrlə açıq şəkildə bəyan ediblər ki, onların Azərbaycanda əsas marağı neft və qazla bağlıdır, demokratiya ondan sonra gəlir. Ona görə də Azərbaycanda heç vaxt kütləvi aksiyalar baş tutmayıb. Çünki bu aksiyalar səmimi şəkildə dəstəklənməyib. Onu da nəzərə almaq lazımdır ki, demokratiya, insan haqları, azad seçkilər beynəlxalq məsələ sayıldığından onun dünya ölkələri tərəfindən dəstəklənməsi ölkənin daxili işlərinə müdaxilə sayıla bilməz. Bunu da hər kəs nəzərə almalıdır. Hazırda Azərbaycana qarşı Qərbin prioritetlərinin dəyişdiyi ilə bağlı qəti hökm vermək çətindir. Çünki Azərbaycan indi Avropanın əsas enerji təchizatçılarından biridir.

Neft və qaz təminatında Rusiya tərəfindən sıxışdırılan Avropanın Bakıya ehtiyacı var. Ona görə də burada sabitliyin qorunub saxlanılması vacibdir. Bununla belə sürətlə dəyişən dünyanın şərtləri də yenilənməkdədir. Bu baxımdan Azərbaycan üçün baxışların dəyişməyəcəyini iddia edə bilmərik. Nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə enerji təhlükəsizliyini təmin etdiyi halda Qərb Rusiyanın cənub, İranın şimal sərhədlərində təsir zonasının yaranmasına çalışacaq. Azərbaycan həm də Şərq-Qərb dəhlizinin mühüm və ayrılmaz hissəsidir. Qərb üçün də xüsusi əhəmiyyət daşıyır. Bütün bunları nəzərə alaraq Azərbaycanın yeni dövrdə yenilənmiş planın içərisində yer aldığı ehtimalı yüksəkdir. Sadəcə olaraq zaman məsələsi fikir ayrılığı yarada bilər. Ona görə də biz, ölkəmizin yaxın gələcəkdə geosiyasi oyunlarda fəal iştirakını müşahidə edə bilərik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Dekabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri