Icma.az
close
up
RU
Bakıda keçirilən məxfi görüşdə kimlər iştirak edib? ADLAR

Bakıda keçirilən məxfi görüşdə kimlər iştirak edib? ADLAR

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakıda Almaniya və Rusiya nümayəndələri arasında keçirildiyi iddia olunan gizli görüşlə bağlı diqqətçəkən açıqlama verib.

“Yeni Sabah” bildirir ki, dövlət başçısı iyulun 21-də bu barədə Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında danışıb:

“Bakıda belə bir görüşün keçirilməsi barədə “The Times” qəzetindən öyrəndik, bizim bu barədə xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanında çıxan məqaləyə diqqətlə yanaşaraq, araşdırma aparmışıq”. Dominos pizza

Prezident bildirib ki, Berlinə yola düşməzdən əvvəl Azərbaycan Dövlət Sərhəd Xidmətindən bununla bağlı məlumat istəyib:

“The Times” qəzetində adları keçən şəxslərin eyni vaxtda Azərbaycanda olduqları təsdiqləndi. İyulun 12-də Berlin-Bakı reysi ilə iki tanınmış şəxs – biri xanım Merkelin Administrasiyasının rəhbəri cənab Pofalla və cənab Platzek Bakıya gəlib və iyulun 14-də geri qayıdıblar. Eyni zamanda iyulun 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlib, biri iyulun 13-də, o biri isə iyulun 14-də Bakıdan ayrılıb. Bizə bu barədə Almaniya və Rusiya tərəfindən xəbər verilməyib. Yəni bizim ərazimiz bizdən xəbərsiz olaraq, sadəcə, istifadə olunub. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik. Amma dediyim uçuş statistikası deməyə əsas verir ki, belə gizli görüş Bakıda keçirilib. Əgər bu görüş Rusiya-Ukrayna müharibəsinin sonuna gətirəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq”.

Bakıya səfər edən qonaqlar arasında həm Almaniyanın, həm də Rusiyanın siyasi və dövlət idarəçiliyində uzun illər mühüm vəzifələr tutmuş şəxslər yer alır. Onlar hazırda rəsmi post tutmasalar da, öz ölkələrinin siyasi və ekspert dairələrində nüfuzlarını qoruyub saxlayırlar.

Musavat.com-un məlumatlna görə, Angela Merkelin uzun illər ən yaxın silahdaşlarından biri hesab olunan Ronald Pofalla 2009–2013-cü illərdə Almaniya Federal Kansler Administrasiyasına rəhbərlik edib və Merkel hökumətinin ən təsirli fiqurlarından biri sayılıb. Daha sonra Almaniyanın ən iri dövlət şirkətlərindən olan “Deutsche Bahn”da yüksək rəhbər vəzifələrdə çalışıb. Hazırda Rusiyanın enerji sektorunda, xüsusilə "Qazprom"un direktorlar şurası ilə əlaqəli fəaliyyətinə görə tanınır və Kremlin iqtisadi dairələrinə yaxın fiqurlardan hesab olunur.

Son illərdə isə əsasən Avropa-Rusiya münasibətləri və siyasi dialoq təşəbbüslərində iştirak edən nüfuzlu ekspert kimi tanınır.

Onunla birlikdə Bakıya gələn Mattias Platzek Almaniyanın Sosial Demokrat Partiyasının (SPD) tanınmış simalarındandır. O, on ildən artıq Brandenburg federal əyalətinin baş naziri olub, bir müddət isə SPD-nin federal sədri vəzifəsini icra edib. 2014–2022-ci illərdə Almaniya-Rusiya Forumunun sədri kimi iki ölkə arasında dialoqun qorunmasının tərəfdarı olub və Rusiya ilə münasibətlər üzrə ekspert kimi tanınıb.

Rusiyadan Bakıya gələn qonaqlara gəlincə, Viktor Zubkov Vladimir Putinin yaxın çevrəsinə daxil olan təcrübəli dövlət xadimlərindən biridir. O, 2007–2008-ci illərdə Rusiyanın baş naziri vəzifəsini tutub, daha sonra baş nazirin birinci müavini kimi fəaliyyət göstərib. Zubkov uzun illər maliyyə və enerji sektorunda mühüm vəzifələr daşıyıb, xüsusilə "Qazprom"un Direktorlar Şurasında fəaliyyəti ilə Rusiyanın enerji siyasətində təsirli fiqurlardan biri kimi tanınıb.

Heyətdə yer alan digər şəxs – Valeri Fadeyev isə jurnalist, politoloq və ictimai xadimdir. O, 2019-cu ildən Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasına rəhbərlik edir. Bundan əvvəl Rusiya İctimai Palatasının katibi olub və ölkənin daxili siyasəti, vətəndaş cəmiyyəti və insan hüquqları sahəsində Kremlin əsas məsləhətçi fiqurlarından biri kimi tanınır.

Rusiya tərəfi hələ bu görüş barədə heç bir məlumat yaymayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 İyul 2026 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri