Icma.az
close
up
RU
Bakıda “Kiberdə qadınlar” konfransı keçiriləcək

Bakıda “Kiberdə qadınlar” konfransı keçiriləcək

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 5 sentyabr, AZƏRTAC

Avropa İttifaqı tərəfindən icra olunması nəzərdə tutulan bu layihə çərçivəsində üç məqsəd var; birincisi, hər bir Şərq Tərəfdaşlığı ölkəsində, xüsusilə Azərbaycan və Moldovada idarəetməni gücləndirmək, ikincisi, kritik infrastrukturun mühafizəsi üzrə çərçivələrin inkişafına töhfə vermək, üçüncüsü isə əməliyyat imkanlarını və dayanıqlığı artırmaqdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Elektron İdarəçilik Akademiyası Fondunun kibertəhlükəsizlik üzrə baş mütəxəssisi, “Şərq Tərəfdaşlığı ölkələrinə kiberdavamlılığın gücləndirilməsi” layihəsinin qrup rəhbəri Elza Neeme “Dövlət Qurumları İnformasiya Təhlükəsizliyi Rəhbərlərinin 6-cı Zirvə Toplantısı”nda çıxışı zamanı deyib.

“Kibertəhlükəsizliyin mənzərəsi getdikcə daha mürəkkəb və qarşılıqlı əlaqəli olduqca, ortaq missiyamız aydın olur – dayanıqlığı gücləndirmək, etimadı möhkəmləndirmək və milli səviyyədə, eləcə də sərhədlərdən kənarda ortaya çıxan çağırışlara səmərəli cavab verə biləcək ekspert icmaları yaratmaq. Bunlar sadəcə texniki nəticələr deyil. Azərbaycanda bizim niyyətimiz bu kimi tədbirlərə, böyük CISO forumlarına töhfə verməkdir. İkincisi, qeyd olunduğu kimi, biz 2025-ci ildə keçiriləcək kritik infrastrukturun müdafiəsi üzrə çağırışa və kibermüharibə simulyasiya təlimlərinə töhfə vermək üçün oktyabr ayında geri dönəcəyimizə görə çox qürurluyuq. Üçüncüsü, biz eyni zamanda qadınlar kimi həssas hədəf qruplarına da diqqət yetiririk. Bu baxımdan, burada da məmnuniyyətlə vurğulamaq istəyirəm ki, oktyabrın 11-də “Kiberdə Qadınlar” konfransı keçiriləcək. Dördüncü, böyük işlər tələb edən istiqamət mütləq ki, risklərin qiymətləndirilməsi, insidentlərin idarə olunması, kibertəhlükəsizlik, kibertəhlükəsizlik çərçivəsi, praktiki tətbiqlər, milli və sektoral CSIRT-lərin (Computer Security Incident Response Team) prosedurları üzrə müxtəlif təlimlərə töhfə verməkdir. Əlbəttə ki, sektoral CSIRT imkanlarının inkişafına da dəstək vermək niyyətindəyik. Uşaqların maarifləndirilməsi ilə bağlı istənilən təşəbbüslərə töhfə verməyə də qətiyyətlə hazırıq”, - deyə Elza Neeme vurğulayıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov isə tədbirin keçirilməsində Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrində kiberdavamlılığın gücləndirilməsi layihəsi əsasında göstərdiyi dəstəyə görə Estoniyanın Elektron İdarəçilik Akademiyası Fonduna təşəkkür edib: “Qeyd etmək istəyirəm ki, sözügedən fondla əməkdaşlıq nəticəsində sahə üzrə təcrübə mübadiləsi, qabaqcıl yanaşmaların tətbiqi və kibertəhlükəsizlik sahəsində institusional potensialın artırılması istiqamətində birgə işlər davam etdiriləcək.Qarşıda bizi böyük işlər gözləyir. Təhlükələrin xarakteri dəyişir, hədəflər genişlənir, amma məqsəd eynidir – dövlət informasiya ehtiyatlarımızın etibarlı müdafiəsi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri