Icma.az
close
up
RU
Bakıda kirayə mənzillər UCUZLAŞACAQ KONKRET

Bakıda kirayə mənzillər UCUZLAŞACAQ KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tədris ilinin bitməsi Bakıda kirayə mənzil bazarına hər il təkrarlanan mövsümi təsir göstərir. Xüsusilə iyun ayından etibarən tələbələrin şəhəri tərk etməsi kirayə evlərə olan tələbatı azaldır və bu da bazarda qiymətlərin sabitləşməsinə, bəzi hallarda isə cüzi enişə səbəb olur.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmov Milli.Az-a bildirib ki, hazırda Bakıda kirayə mənzil qiymətləri ərazi və mənzilin şəraitindən asılı olaraq geniş diapazonda dəyişir.

“Mərkəzə yaxın və metroya çıxışı olan ərazilərdə 1 otaqlı mənzillərin kirayəsi orta hesabla 400-600 manat, 2 otaqlı mənzillər 500-800 manat, 3 otaqlı mənzillər isə 700-1100 manat aralığında təklif olunur. Şəhər kənarına doğru getdikcə qiymətlər nisbətən aşağı olur və 1 otaqlı mənzillər 250-400 manat aralığında dəyişir. Tədris ilinin bitməsi ilə tələbə seqmentinin bazardan çıxması xüsusilə Nəsimi, Yasamal və Nərimanov rayonlarında daha çox hiss olunur. Bu ərazilərdə əvvəllər tələbələr tərəfindən yüksək tələbat olduğu üçün kirayə qiymətləri daha sabit və bəzən yüksək səviyyədə qalırdı. İyun-iyul aylarında isə ev sahibləri daha tez kirayəçi tapmaq üçün qiymətlərdə 5-10 faiz aralığında endirim etməyə meyilli olurlar”.

Ekspert qeyd edib ki, bununla yanaşı, yay aylarında bazarda qısa müddətli kirayələrə maraq artır.

“Dənizə yaxın və istirahət zonalarına çıxışı olan mənzillər günlük və aylıq icarəyə daha çox təklif olunur. Bu seqmentdə qiymətlər isə yerləşmədən asılı olaraq günlük 40-120 manat aralığında dəyişir.

Ümumilikdə, kirayə bazarında ən sakit dövr məhz tədris ilinin bitdiyi yay ayları hesab olunur. Sentyabr ayına doğru isə tələbələrin yenidən Bakıya qayıtması ilə birlikdə kirayə mənzillərə tələbat artır və qiymətlərdə yenidən 10-20 faiz aralığında yüksəliş müşahidə olunur”, – deyə ekpert vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 İyun 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri