Bakıda kişi arvadını çılpaq şəkilləri ilə şantaj etdi
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Bakıda kişi arvadını az qala intihar həddinə çatdırsın. Hüquq-mühafizə orqanı əməkdaşları kişinin öz arvadını çılpaq şəkillərini yayacağı hədəsi ilə ilk dəfə rastlaşdıqlarını etiraf ediblər. Hazırda Bakının Nizami rayon prokurorluğunda bu fakt araşdırılır.
BAKU.WS Sputnik-ə istinadən xəbər verir ki, rayon prokurorluğuna Keşlə qəsəbəsinin 30 yaşlı sakini N.C. müraciət edib.
O bildirib ki, əri (hazırda sabiq əri) – Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yaşayan əslən Qəbələdən olan F.B. qadını şəkillərini internetdə yerləşdirəcəyi ilə hədələyib. Qadın hüquq-mühafizəçilərinə bu biyabırçılıq üzündən, hətta intihar etmək istədiyini belə söyləyib.
Hər şey ərinin Rusiyaya qazanc ardınca getməsindən sonra başlayıb. Rusiyaya getdikdən bir müddət sonra əri ona "Əgər sənə xəyanət etməyimi istəmirsənsə, mənə çılpaq şəkillərini göndər” məzmunlu ismarıc yazıb.
Qadın uşağının atasının sözlərinə inanıb və həqiqətən də bu şəkillərinin ərinin ona sədaqətini qorumasına yardım edəcəyinə inanaraq şəkillərini yollayıb. Amma bir müddət sonra qadına xəbər çatıb ki, əri bu şəkilləri öz tanışlarına və qohumlarına göstərir. Bunu eşidən qadın boşanma üçün ərizə verib.
Amma kişi bununla sakitləşməyib, onu şəkillərinin internetdə yerləşdirəcəyi ilə hədələməyə başlayıb.
BAKU.WS
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 27 Fevral 2026 04:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















