Icma.az
close
up
RU
Bakıda kişi arvadını vəhşicəsinə qətlə yetirdi Xəvarislərə üzv idi

Bakıda kişi arvadını vəhşicəsinə qətlə yetirdi Xəvarislərə üzv idi

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Xəzər rayonunda 1979-cu il təvəllüdlü Ramil Məmmədov həyat yoldaşı Lamiyyəni qətlə yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi ötən ilin fevralın 9-da rayonun Binə qəsəbəsində baş verib.
Ramil həmin gün təxminən saat 18 radələrində Binə qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı “beysbol” çubuğu ilə arvadı, 1976-cı il təvəllüdlü Lamiyyəyə zərbələr vurub. Qadın aldığı çoxsaylı xəsarətlərdən ölüb. 
Ramil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Ramil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Gürcüstandan özü üçün maşın alaraq gətirmək istəyib:
“Bu səbəblə maşınımı satdım. 5 gün əvvəl Gürcüstana getmək üçün bilet aldım. Arvadım ilə boşanmamışıq və boşanmaq fikrim də olmayıb. Dostumun maşını ilə hava limanına getdim. Yolda pasportumu götürmədiyim yadıma düşdü və evə qayıtdım. Arvadım mənim ayaqqabı ilə evə girdiyimi gördü və mənə “sənin eşşəyin var burda” dedi. Mən də arvadımı təhqir etdim. Arvadım da həmin sözü qaytararaq mənə dedi. Əvvəllər onu vuranda əlim ağrıdığı üçün bu dəfə “beysbol” çubuğu ilə başından vurdum. Bu dəfə əvvəlkindən də ağır nalayiq ifadələr işlətdi. “Beysbol” çubuğu yatdığım otaqda yerdə olub. “Beysbol” çubuğu ilə arvadımı təxminən 5-6 dəfə vurmuşam. Arvadımın dizi üstə çöküb ağzı üstə yerə düşdüyünü görəndə “beysbol” çubuğunu yerə atdım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra hava limanına gəlib və Gürcüstana gedib: “Yolda Nofələ zəng edərək arvadımı döydüyümü, onu xəstəxanaya aparmasını istədim. Tiflisdə olarkən Nofəllə əlaqə saxladım. O, arvadımın öldüyünü bildirdir. Mən daha sonra Batuma gedərək 2 gün orada qaldım”.
Ramilin ifadəsinə görə, Gürcüstanda olarkən arvadının öldüyünü eşitsə də, ölkəyə qayıtmayıb: “Məni “İnterpol”un əməkdaşları saxladılar. Arvadım mənə şərəfsiz deyib, atamın ünvanına nalayiq ifadələr işlədib. Buda hadisənin baş verməsinə səbəb olub. Arvadımı bir neçə dəfə vurmuşam və səsi kəsilib. Bibim oğlu Elnur, qonşum Nofəl, dostum Babək və qardaşıma yığaraq baş verənlər barədə məlumat vermişəm”.
İş üzrə zərərçəkmiş Lamiyyənin hüquqi varisi, qardaşının sözlərinə görə, Ramilin xəvarislər deyilən qrupa qoşulduğu barədə vəfat etmiş bacısı digər bacısına bildirib: “Ramil bacımı namaz qılanda gələrək vurub. Xəvarislər qrupunun üzvləri uzaq yola gedəndə həyat yoldaşını tək qoyaraq getmir. Həyat yoldaşını öldürərək getmək onlar üçün müstəhəbdir. Xəvarislər tərəfindən Ramilə pul verilib. Axşam saatlarında Nofəl adlı şəxs qonşudakı Adilə adlı qadına Ramilin ona zəng edərək “Lamiyəni öldürmüşəm, gedib götürün, qaqaşı qoymayın üstünə gedib qorxar” deməsi barədə məlumat verdi. Adilə isə mənim yoldaşıma bu barədə məlumat verdi”.
Hüquqi varis deyib ki, bacısı Ramil tez-tez mübahisə etdikləri üçün onlara gəlib və oğluna baxan olmadığı üçün geri qayıdıb: “Birinci övladım olandan sonra bacıma boşanmağını desəm də, lakin o, qızına görə boşanmayacağını dedi. Onlar arasındakı mübahisənin səbəbi maddi vəziyyətlə əlaqədar olub. Ramil icarəyə maşın götürüb və maşını oğluna verərək “maşını sür, evə gəlmə” deyib. Şünki o, bu hadisəni törətməyi əvvəlcədən planlayıb”. 
Şahid qismində ifadə verən Lamiyyənin bacısının sözlərinə görə, Ramil narkotik istifadəçisidir: “O, bacıma əziyyət verib. Bacım mənə Ramilin narkomanları evə yığıb, evdə narkotik çəkdiklərini deyib. Bacısı Ramilin onu öldürəcəyindən qorxub. Qətldən bir həftə əvvəl işıqlarını kəsdilər və işıq pulunu biz ödədik. Ramil çox laqeyd insan olub. Xəvarislər qrupunun üzvü olan bu şəxs uşaqları məktəbə getməyə qoymayıb. Uşaqların kitablarını yandırıb və namaz üstündə bacımı döyüb”. 
Şahid daha sonra ifadəsində göstərib ki, Ramil Elçin adlı şəxsə zəng edib və ondan 30000 manat istəyib: “Ramil Elçindən onun tələb etdiyi pulu verməyəcəyi təqdirdə evini yandıracağını deyib. Qonşuda Zümrüd adlı xanımın qapısına gül qoyub, “ərini öldürüb səni mən alacam“ deyib. Mən də bacımın yanına getdiyim zaman təqsirləndirilən şəxsin mətbəxdə başqa şəxslərlə narkotik çəkdiyinin şahidi olmuşam. Bu barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng etmək istəsəm də, bacım buna icazə verməyib”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Ona təyin edilmiş cəzanın aşağı həddə salınmasını və saxlanma rejiminin dəyişdirilməsini xahiş edib. 
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb.
Həmçinin oxu:
​​​​​​​'Memati'nin xanımı da 'Yeraltı'na gəlir — FOTOLAR
Fərda Aminin ölüm xəbəri yayıldı
'Çəkilişdən evə titrəyərək qayıdırdım'
Qeyd edək ki, Ramil Məmmədov bundan əvvəl də məhkum olunub. O, 2019-cu ildə Cinayət Məcəlləsinin 155 (yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma), 29,178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətməyə cəhd), 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) və 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə) maddələri ilə təqsirli bilinərək məhkumluq həyatı yaşayıb. 
O, qətli törətməmişdən bir neçə ay əvvəl həbsdən azad olunmuşdu.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Mart 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri