Icma.az
close
up
RU
Bakıda kişi iş yoldaşının başına stəkanla vurub öldürdü VİDEO

Bakıda kişi iş yoldaşının başına stəkanla vurub öldürdü VİDEO

Icma.az, Lent az saytına istinadən bildirir.

Bakıda iş yoldaşını öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin məhkəməsi başlayıb.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə məhkəmə baxış iclası keçirilib.
Prosesdə prokuror ittiham aktını elan edib.

Möhsün Abdullayev 1970-ci ildə Gədəbəy rayonunda anadan olub. 1997-ci ildə zorlama əməlinə görə məhkum olunub, “Avrasiya İnşaat” ASC-də qəlibçi işləyib. Abdullayev ittiham üzrə özünü qismən təqsirli bilib.

İfadəsi zamanı Möhsün Abdullayev iş yoldaşını masanın üzərindən götürdüyü stəkanla cəmi bir dəfə vurduğunu qeyd edib. Onun sözlərinə görə, buna Bahadur Tağıyevin onu əsassız yerə söyməsi səbəb olub. Prokuror təqsirləndirilən şəxsə istintaqda fərqli ifadə verdiyini bildirib.

İttihama görə, Möhsün Abdullayev masanın üzərində olan dəstəkli stəkanı götürdükdən sonra Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Nəticədə zərərçəkənin başından qan axmağa başlayıb. Sonra yumruqla ona zərbələr vurub. Məqsədi Tağıyevdən işlətdiyi nalayiq ifadələrə görə qisas almaq olub.

Amma məhkəmə zalında Möhsün Abdullayev bildirib ki, məqsədi qisas olmayıb, sadəcə Bahadurun əlindən çıxmaqdan ötrü onu stəkanla vurub:

“Yumruqla onu vurmamışa. Bizi iş yoldaşım Tofiq Əsədov ayırdı, digər iş yoldaşlarımla birgə zərərçəkmişə tibbi yardım göstərdik. Hadisə təxminən saat 16-da baş versə də, Təcili Tibbi Yardıma 2 saatdan sonra məlumat verdik”.
Zərərçəkmiş şəxsin hüquqi varisi olan həyat yoldaşı məhkəmə zalında ağlayıb. O, üzünü təqsirləndirilən şəxsə tutaraq bildirib ki, kaş ki onun yoldaşını öldürməzdi, övladlarını atasız qoymazdı. Qadın Möhsün Abdullayevdən hansı səbəbə görə, ərini qətlə yetirdiyini soruşub. Təqsirləndirilən şəxs bir daha bildirib ki, Bahadur Tağıyevi nalayiq ifadələrə görə, özündən asılı olmayaraq vurub. Stəkanı əlinin ovucunda saxlayıb. Onun aldığı xəsarətdən öləcəyini düşünməyib. 
Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.

Qeyd edək ki, Möhsün Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Sentyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri