Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?

Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ekspert deyir ki, artıq Çindən yeni avtomobilləri “işlənmiş avtomobil” adı ilə alıb digər ölkələrə ixrac etmək mümkün deyil, çünki...

Azərbaycan avtomobil bazarında müşahidə olunan qiymət artımları alıcıların da, satıcıların da diqqət mərkəzindədir. Xüsusilə 30 min manata qədər olan avtomobillərin dəyərində 1500-3000 manat arası bahalaşma qeydə alınır. Bahalaşmanın əsas səbəbi kimi isə gömrük xərclərinin yüksəlməsi göstərilir. Yada salaq ki, ölkəmizdə elektromobillərə və hibrid avtomobillərə tətbiq edilən vergi və gömrük güzəştlərinin müddətinin 1 yanvar tarixindən etibarən başa çatması avtomobillərin qiymətinə birbaşa təsir göstərməyə başlayıb. Bundan başqa, idxal yolu ilə ölkəyə gətirilən avtomobillərlə bağlı da müəyyən məhdudiyyətlər tətbiq olunub.  Belə ki, Çində dövlət qeydiyyat nişanı alan avtomobil, hətta sıfır kilometrajlı olsa belə, artıq ikinci əl avtomobil hesab olunur və həmin avtomobilin ölkədən çıxarılmasına yalnız 6 ay sonra icazə verilir. Halbuki əvvəllər Azərbaycana Çində qeydiyyata alınmış, lakin istifadə olunmamış, sıfır yürüşlü avtomobillər gətirilirdi. Bundan əlavə, Çin avtomobillərində problemlərin artması da alıcıları daha çox daxili bazardakı ikinci əl maşınlara yönəldib.

Mövcud vəziyyət bazarda tələbin yenidən formalaşmasına, bəzi marka və modellərə marağın kəskin artmasına səbəb olub. Bu isə istər yerli bazardakı avtomobillərin, istərsə də xaricdən idxal olunan nəqliyyat vasitələrinin qiymətlərində fərqli tendensiyaların yaranması ilə müşayiət olunur.

Yeri gəlmişkən, son illərdə Çindən Azərbaycana avtomobil idxalı xeyli artmışdı və Çin istehsalı maşınlar bazarda artıq adi hala çevrilmişdi. Bunun əsas səbəbi bu avtomobillərin qiymət baxımından daha əlçatan olması, eyni zamanda müasir dizayn və texnologiyalar təklif etməsi idi. Xüsusilə yeni və az sürülmüş avtomobil axtaran alıcılar Çin markalarına daha çox maraq göstərirdilər. Azərbaycana əsasən Çin istehsalı minik avtomobilləri, xüsusilə sedan, krossover və SUV modelləri gətirilir. BYD markası daha çox elektrik və hibrid avtomobilləri ilə seçilir və bu modellər yanacaq qənaətinə görə üstünlük qazanır. "Changan" və "Geely" markaları münasib qiymətə geniş təchizatlı sedan və krossoverlər təklif etdiyi üçün geniş istifadəçi kütləsinə xitab edir. "Haval" və "Great Wall" modelləri isə iri ölçülü SUV seqmentində daha çox gətirilir. Chery markası da "Tiggo" seriyası ilə bazarda tez-tez rast gəlinən avtomobillər sırasındadır.

Çin avtomobillərinin Azərbaycanda populyarlaşmasının digər səbəbi ehtiyat hissələrinin nisbətən ucuz olması və servis şəbəkəsinin getdikcə genişlənməsidir. Bundan əlavə, elektrik və hibrid avtomobillərə verilən maraq Çin istehsalı modellərin idxalını daha da artırır. Nəticə etibarilə, hazırda Azərbaycana Çindən əsasən BYD, "Changan", "Geely", "Haval" və "Chery" markalarına məxsus, yeni nəsil, texnologiyalı və münasib qiymətli avtomobillər gətirilir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Avtomobillərin gömrük xərclərində hər hansı dəyişiklik olmayıb. Dəyişiklik vergidə baş verib. Bildiyiniz kimi, ölkəyə idxal olunan elektromobillər və hibrid avtomobillər əlavə dəyər vergisindən azad edilmişdi. Bu azadolmanın qüvvədə olma müddəti bu ilin yanvar ayının 1-dən başa çatıb və buna görə də artıq ölkəyə gətirilən və daxildə satılan bu tip avtomobillərdən əlavə dəyər vergisi tutulur. Eyni zamanda Çinin öz qanunvericiliyində də dəyişiklik edilib. Artıq əvvəlki kimi Çindən yeni avtomobilləri "işlənmiş avtomobil" adı ilə alıb digər ölkələrə ixrac etmək mümkün deyil. Qanunvericiliyə əsasən, istehsalçıdan alınan avtomobil minimum altı ay Çin Xalq Respublikasında saxlanılmalıdır, yalnız bundan sonra ölkədən çıxarıla bilər. Bu səbəblər isə təbii olaraq Çində istehsal olunan avtomobillərin ixrac qiymətlərinin artmasına gətirib çıxarır".

Ekspert qeyd edib ki, dörd il müddətində hibrid avtomobillərdən əlavə dəyər vergisi tutulmurdu: “İndi isə bu müddət başa çatdığı üçün həmin avtomobillər artıq yeni vergi şərtləri ilə satılmağa başlayıb. Söhbət bizim ölkədən gedir. Ümumilikdə ölkəmizdə hibrid və elektromobillərə güzəştlər tətbiq olunur. Buna görə də qiymətlər həm sahibkarlar, həm də fərdi şəxslər üçün daha əlçatandır və bu tip avtomobillərin idxalı iqtisadi baxımdan sərfəlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, dizel və benzin mühərrikli avtomobillər üzrə mühərrik həcminə görə tətbiq olunan aksiz dərəcələri də artırılıb. Bu da bazarda struktur dəyişikliklərinə səbəb olur. Nəticədə həm sahibkarlar, həm də alıcılar nisbətən yeni avtomobillərin alınmasına və ölkəyə gətirilməsinə daha çox maraq göstərirlər. Bu prosesin nəticəsi olaraq, 2019-2026-cı illərdə istehsal olunmuş avtomobillərin ölkəyə idxalının və daxili bazarda satışının artacağını müşahidə edəcəyik. Yəni artıq Çindən istehsalçı zəmanəti olan, zavod tərəfindən rəsmi zəmanət verilən yeni avtomobilləri gətirmək mümkündür. Zəmanətsiz yeni avtomobillərin Çindən gətirilməsi isə çətindir. Təbii ki, zəmanətli avtomobilləri istehsalçı, yəni zavod daha baha qiymətə təqdim edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Yanvar 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri