Bakıda konserti gözlənilən türkiyəli reperə 23 minlik cəza
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əsl adı Hakan Aydın olan, "Sebebi Yar", "Kusura Bakma" və "Napıyosun Mesela?" kimi populyar mahnıların ifaçısı Blok3, ötən aylarda Ataşehirdəki adi yol polisi yoxlanışları zaman saxlanılmışdı.
Moderator.az NTV-yə istinadən xəbər verir ki, artıq sənətçinin alacağı cəza müəyyənləşib.
Yoxlanış zamanı onun nəinki sürücülük hüququ olmadan avtomobil sürdüyü, həmçinin qanında 1.14 promil spirtli içki olduğu aşkar edilmişdi.
24 yaşlı Hakan Aydına 23 min 437 lirə məbləğində inzibati cərimə tətbiq edilib və barəsində "Yol hərəkəti təhlükəsizliyini pozma" maddəsi ilə istintaq başladılıb.
Məlumata əsasən, sənətçiyə ilkin olaraq səkkiz ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilməsi qərara alınıb. Daha sonra isə qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər çərçivəsində Hakan Aydının cəzası yarıya qədər azaldılaraq dörd aylıq həbslə əvəz olunub. Blok3-ün məhkumluq tarixçəsi və maddi vəziyyəti dəyərləndirildikdən sonra isə bu qərarın 12 min TL məbləğində məhkəmə cəriməsi ilə əvəz edildiyi bildirilir.
Qeyd edək ki, Blok3-ün noyabrın 7-də Bakıda konsert verməsi planlaşdırılırdı.
Baxış sayı:135
Bu xəbər 06 Oktyabr 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















