Bakıda küçə itləri gənc qadına hücum etdi Vəziyyəti necədir?
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda küçə itləri gənc qadına hücum edərək ona xəsarət yetirib.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində - MİDA Yaşayış Kompleksində qeydə alınıb.
Məlumata görə, son zamanlar ərazidə sahibsiz itlərin sayı xeyli artıb. Heyvanlar bütün günü binaların arasında, məktəb və bağçaların həyətində dolaşır. Bu isə sakinlər, xüsusən də uşaqlar üçün ciddi təhlükə yaradır.
Son hadisə də gənc valideyn övladını məktəbə aparan zaman baş verib. Küçə itləri ana və uşağa hücum edib. Qadın övladını itlərin əlində ala bilib. Amma özünü it dişləyib.
TƏBİB hadisəni təsdiqləyib. Saytımızın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, aprelin 22-də saat 12:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, MİDA 2, ev 23 ünvanından çağırış daxil olub:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1998-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Ona itin hücumu nəticəsində yaranmış zədə diaqnozu təyin olunub, zəruri tibbi yardım göstərilib və quduzluğa qarşı vaksin vurulub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 23 Aprel 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















