Icma.az
close
up
RU
Bakıda küçə ticarəti üçün zonalar yaradıla bilər

Bakıda küçə ticarəti üçün zonalar yaradıla bilər

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Küçə ticarəti Bakıda sosial və iqtisadi reallıqdır. Problem ticarətin mövcudluğunda yox, onun qanunsuz, nəzarətsiz və pərakəndə şəkildə təşkilindədir. Səkilər, metro çıxışları, bina önləri, məhəllə araları qanunsuz şəkildə ticarətə cəlb olunur. 

Məsələ ilə bağlı Ölkə.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, küçə ticarəti bütün ölkələrdə müəyyən problemlər yaradır:

"Amma burada əsas məsələ sosial qaydaların pozulmaması, təmizliyin təmin olunması, gigiyenik normalara əməl olunması və həmçinin piyadaların, avtomobillərin hərəkəti üçün məhdudiyyət yaradılmamasıdır. Ona görə də, təbii ki, belə ticarət üçün zonalar yaradıla bilər. Amma insanların böyük əksəriyyəti daha çox kütlənin toplaşdığı yerdə ticarətə üstünlük verirlər.

Hər halda, bu məsələ bir qədər də ciddi şəkildə tənzimlənməlidir. Həm də elə edilməlidir ki, vətəndaşlar müəyyən gəlirsiz və qazancsız qalmasınlar. Onlar uzun illərdir bu sahədə fəaliyyət göstərirlər, amma sui-istifadə edən və yolu kəsən, bağlayan formada ticarətə imkan verilməməlidir. Çünki bu, başqa vətəndaşların hüquqlarını pozan bir mahiyyət daşıyır".

Küçə ticarəti ilə məşğul olmaq istəyənlər hansı sənədləri əldə etməlidir? 

Hüquqşünas Ramil Süleymanov isə bildirib ki, Azərbaycan Respublikasında küçə ticarəti qanunla qadağandır və İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, küçə ticarəti ilə məşğul olan şəxslər 80 manat məbləğində cərimə olunurlar:

"Lakin yeganə Bakı şəhəridir ki, burada səyyar ticarət aparılması qaydaları müəyyən olunub. Qaydalara əsasən, ərazidə yalnız Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müəyyən edilmiş yerlərdə ticarət aparmaq və ya ticarət nöqtələri təyin etmək mümkündür.

Amma eyni zamanda bildirmək istəyirəm ki, mütləq şəkildə həmin ərazi üzrə vergi orqanında qeydiyyatdan keçməklə, vergidən yayınmamaq şərti ilə vətəndaşlarımız əldə etdikləri gəlirə uyğun, münasib şəkildə vergi ödəməlidirlər. Qeyd etmək istəyirəm ki, digər rayon və şəhərlərdə küçə ticarətinin aparılması qanunvericilikdə və onların daxili qaydalarında tənzimlənməyib. Buna görə də həmin ərazilərdə küçə ticarətinin aparılması yol verilməzdir".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Yanvar 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri