Icma.az
close
up
RU
Bakıda lombard qalmaqalı: 117 nəfər zərərçəkən

Bakıda lombard qalmaqalı: 117 nəfər zərərçəkən

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bakıda lombarda qızıl-zinət əşyaları qoyub pul götürən bir qrup sakin aldadıldığını bildirir. Onların içərisində Türkiyə vətəndaşları da var. Müştərilər aldıqları pulları və faizini tam şəkildə geri qaytarsalar da, girov qoyduqları qızıllarını ala bilməyiblər.

Paytaxtın Səbail rayonu, Əhəd Yaqubov küçəsi 14 ünvanında fəaliyyət göstərən lombarda qızl zinət əşyalarını girov qoyub pul götürən bir qrup vətəndaş belə bir iddia ilə "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edib.

Modern.az xəbər verir ki, zərəçəkmişlərin içərisində Türkiyə vətəndaşları da var.

İlahə Tuğrul iddia edir ki, ötən ilin iyun ayında həmin lombardla müqavilə bağlayıb və 6 ay ərzində hər ay 500 manat olmaqla ödəniş edib.

Onun sözlərinə görə, bu ilin fevralında lombardın sahibi Eldəniz İsgəndərova tam ödəniş edib girovunu geri götürmək istədiyini bildirdikdə, ondan 5000 manat əlavə pul istənilib.

Zərərçəkmiş vətəndaşlar içərisində İlahə Tuğrulun həyat yoldaşı Bülent Tuğrul, eləcə də paytaxt sakini Esmirə İsmayılova da var.

Zərərçəkmişlər iddia edirlər ki, qızıllarını geri ala bilməyənlərin sayı 117 nəfərdir.

Lombardın sahibi Eldəniz İsgəndərov isə deyib ki, qızıllar oğurlanıb və bununla bağlı Nəsimi polisində araşdırma aparılır.

O, bu gün saat 2-də vətəndaşlarla görüşüb onlara dəyən ziyanın ödənilməsi ilə bağlı məlumat verəcəyini desə də, Eldəniz İsgəndərov onlarla görüşməyib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, vətəndaşların lombarda girov qoyduqları qızıl-zinət əşyalarının ələ keçirilməsi ilə bağlı müraciətləri əsasında ərazi polis idarəsində araşdırma aparılır. Müraciətlərlə bağlı ərizə və izahatlar alınıb, digər sübutlar toplanıb. Əmələ hüquqi qiymət verilməsi istiqamətində prosessual araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. (Xəzər TV)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Fevral 2026 03:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri