Bakıda maraqlı hadisə 9 ay qız gözlədilər, uşaq oğlan oldu
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda doğuş zamanı ailəni və yaxınlarını təəccübləndirən maraqlı hadisə yaşanıb. Belə ki, ailənin 9 ay boyunca qız övladı gözlədiyi körpə dünyaya oğlan olaraq gəlib.
Moderator.az xəbər verir ki, bu barədə həkim-ginekoloq Aynurə Abdullayeva sosial şəbəkə hesabında paylaşım edib.
Həkim cərrahiyyə əməliyyatı zamanı çəkilən videonu yayımlayaraq bildirib ki, əgər körpə qız olsaydı, ona Zərif adı veriləcəkdi. Lakin dünyaya gələn körpə Zərif yox, Zəfər olub.
Paylaşımlarından anlaşılır ki, həkim uşağın cinsiyyəti ilə bağlı ailəni məlumatlandıranda hər kəs xəbəri böyük təəccüblə qarşılayır. Əllərində qız paltarları ilə xəbər gözləyən qohumlar əvvəlcə deyilənlərin zarafat olduğunu düşünürlər. Hətta ailəni inandırmaq üçün həkim Aynurə Babayeva and içməyə məcbur qalır.
Sosial şəbəkədə maraq doğuran bu hadisə həkimin izləyiciləri tərəfindən həm təəccüb, həm də xoş təbəssümlə qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 Yanvar 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















