Icma.az
close
up
RU
Bakıda maşın sürmək lüksə çevriləcək? “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA

Bakıda maşın sürmək lüksə çevriləcək? “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda nəqliyyat sıxlığının azaldılması və ictimai nəqliyyatın təşviqi məqsədilə paytaxtda ödənişli hərəkət zonalarının yaradılması gündəmə gəlib. Bununla bağlı artıq hazırlıq işlərinə başlanılıb və AYNA texniki məsləhət xidməti almaq üçün İspaniyanın “IDOM Consulting, Engineering & Architecture S.A.A.” şirkəti ilə 307 min manatlıq müqavilə imzalayıb. Yeni sistemin tətbiqi avtomobillərin şəhərin müəyyən ərazilərinə girişinin ödənişli olmasını nəzərdə tutur. Toplanan vəsaitin isə ictimai nəqliyyatın inkişafına yönəldilməsi planlaşdırılır.
Bəs Bakıda ödənişli hərəkət zonalarının tətbiqi tıxac probleminin həllinə nə qədər kömək edə bilər? Bu sistem sürücülərin avtomobildən istifadəsini azaldacaq, yoxsa əlavə maliyyə yükü yaradacaq? Həmçinin paytaxtın hansı ərazilərində belə zonaların tətbiqi daha məqsədəuyğun olardı?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Musavat.com-a danışıb. Ekspert deyib ki, bu məsələ çoxdan müzakirə olunur: 
"Ümumiyyətlə, tıxacın və nəqliyyat sıxlığının qarşısını almaq üçün müxtəlif vasitələr var. Bu vasitələrdən biri də müəyyən zonalara girişin ödənişli edilməsidir. Buna bəzən “tıxac vergisi” də deyilir. Burada əsas məqsəd vəsait toplamaq deyil, məhz nəqliyyat sıxlığının qarşısını almaqdır.
Şəhərin müəyyən ərazilərinə giriş üçün ödəniş tətbiq edildikdə sürücülər alternativ marşrutlardan istifadə etməyə başlayırlar. Məsələn, bir vətəndaş Yasamaldan Əhmədliyə gedirsə və həmin istiqamət ödənişli olarsa, alternativ yollara üstünlük verə bilər. Məsələn, Dərnəgül istiqamətindən hərəkət edə bilər. Bu da həmin ərazidə süni şəkildə nəqliyyat sıxlığının azalmasına səbəb ola bilər.
Hazırda müzakirələr gedir ki, ödənişli zonalar şəhərin hansı ərazilərini əhatə etsin, bütün şəhər üzrə tətbiq olunsun, yoxsa yalnız müəyyən hissələrdə qüvvədə olsun. Eyni zamanda, bölgələrdən gələn avtomobillərin şəhərə giriş zamanı ödəniş edib-etməyəcəyi də vacib məsələlərdəndir".
Müsahib qeyd edib ki, burada məqsəd bölgələrdən gələn insanları vergiyə cəlb etmək və onların şəhərə girişinə mane olmaq deyil. Əsas hədəf alternativ nəqliyyat vasitələrindən istifadəyə təşviq etməkdir.
"Güman edirəm ki, belə bir addım atılacaq. Çünki qarşıdan yeni tədris ili gəlir və məktəblərin açılması ilə Bakıda yenidən ciddi tıxac, nəqliyyat sıxlığı, əsəb və gərginlik yaranacaq. Ona görə də bütün mümkün vasitələrdən istifadə olunmalıdır ki, nəqliyyat sıxlığı azalsın və insanlar ictimai nəqliyyata daha çox yönəlsinlər", deyə Yasin Mustafayev vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Avqust 2026 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see322

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see313

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see285

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see282

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see280

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see266

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see256

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see248

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see237

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see236

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see235

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see232

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see232

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see230

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see214

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see213

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see211

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see205

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri